Pediatr alim: Bioetika fənni məhz həkimlər tərəfindən innovativ metodika ilə tədris olunmalıdır
14.06.2024 08:45

Tibb hüququ simpoziumunda tibbi bioetikanın Azərbaycanda tarixi və inkişafına dair təqdimat olub

Ötən həftə “İnjuria” jurnalı və “İnjuria” hüquq platforması, Hüquq və İnsan Haqları İnstitutu, Almaniyanın Martin Luter Universiteti və Türkiyənin Tibb Hüququ İnstitutunun birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasında "XV Azərbaycan-Türk-Alman tibb hüququ simpoziumu" keçirilib.

Aztibb.az xəbər verir ki, simpoziumun əsas məruzəçiləri Almaniyada, Türkiyədə, və Azərbaycanda çoxillik praktiki təcrübəyə malik olan aparıcı ekspertlər olub. Bununla yanaşı tibb hüququ sahəsində fəaliyyət göstərən hüquqşünaslar, alimlər, həkimlər, tibbişçiləri, tibb müəssisələrinin maraqlarının müdafiəsi üzrə ixtisaslaşmış hüquqşünaslar, dövlət orqanlarının nümayəndələri, tibbi xidmətin keyfiyyətini qiymətləndirən ekspertlər və məhkəmə orqanlarında çalışan mütəxəssislər simpoziumun işində yaxından iştirak ediblər.

Tədbirdə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Tibbi bioetikanın Azərbaycanda tarixi və inkişafı” mövzusunda təqdimatla çıxış edib.

Alim Azərbaycanda tibbi etikanın XI əsrdən tədris olunduğunu qeyd edərək, Şamaxı şəhərində yardılan ilk tibb məktəblərindən biri - “Dar Al-Şəfa”da hələ o zamanlar təbiblərin öz tələbələrinə tibb sisteminin yüksək əxlaqi prinsiplər və insan sevgisi üzərində qurulduğunu öyrətdiklərini deyib.

Təranə Tağı-zadə Azərbaycanda müasir tibb təhsilinə bioetika fənninin inteqrassiyası və tətbiqi işində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) fəaliyyətinə diqqət çəkib: “Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşri və bir sıra digər tədbirlərin reallaşdırılmasında APA-nın o zamankı rəhbəri akademik Adilə Namazovanın böyük əməyi olub, bununla Azərbaycanda bioetikanın aktuallığının artamasına zəmin yaranıb.

1999-2000-ci illərdə tərəfimizdən ABŞ təhsil qrantı qazanılıb, tibbi bioetika üzrə təhsil proqramı və tədris materialları tərtib olunub. Proqram UNESCO-nun 11-ci sessiyası, Bakı Humanitar Forumu və digər mötəbər beynəlxalq tədbirlərdə, eləcə də Təhsil Nazirliyində təqdim edilib. Bundan əlavə,  tibb təhsili tədris olunan universitet və kolleclərdə tibbi bioetikanın tədrisi metodikası üzrə tədbirlər keçirilib, tədris proqramı əsasında Azərbaycan Tibb Universitetində (ATU) müəllimlər üçün təlimlər təşkil olunub. Hazırda ATU-nun hər bir fakültəsində bioetika fənni 3 dildə tədris olunur”.

O, xüsusilə uşaq hüquqları haqqında məlumatlılığı artırmaq məqsədilə APA, EPA və UNEPSA-nın birgə layihəsi əsasında nəşr olunan “Uşaq Hüquqları Dünya Xalqlarının Nağıllarında” kitabın imtiyazlı uşaqlar üçün təşkil olunan tədbirlərdə təqdim edildiyini bildirib.

Təranə Tağı-zadə onu da vurğulayıb ki, bioetika fənni məhz həkimlər tərəfindən innovativ metodika ilə tədris olunmalıdır.

Qeyd edək ki, “XV Azərbaycan-Türk-Alman Tİbb Hüququ Simpoziumu”nun məqsədi dünyada və ölkəmizdə yeni biotexnoloji və biotibbi fəaliyyətin həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədqiqatların aparılması zamanı aktuallığı ilə səciyyələnən insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına dəstək göstərmək olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev