Xərçəng xəstəliyi gənclərdə niyə sürətlə inkişaf edir?
10.11.2020 12:35

Xərçəng xəstəliyi yaşlı insanlara nisbətən gənclərdə daha sürətlə inkişaf edir. Bu, bədəndəki metabolik proseslərin sürəti ilə bağlıdır.

 

Rusiyalı cərrah-onkoloq İvan Karasev insanın yaşının xərçəngin inkişaf tempinə təsiri barədə məlumat verərkən belə deyib.

 

Onun sözlərinə görə, yüksək hormonal statusun fonunda, hormona həssas olan şişlər daha sürətli böyüyür.

 

Karasev, gənc qadınların hamiləlik dövründə yumurtalıq və ya döş xərçənginin cəmi bir neçə ayda inkişaf etdiyinə dair nümunələr də göstərib. O, həm də xatırladıb ki, hər hansı bir hormonal pozuntu xəstəliyin başlanmasına səbəb ola bilər.

 

İrsiyyətə gəldikdə, həkim bildirib ki, xərçəngin bu növü ümumi xəstəliklərin 5-7 faizində olur.

 

Sonda Karasev xərçəngin erkən formalarında simptomlar olmadığını nəzərə alaraq, insanları mütəmadi müayinədən keçməyə çağırıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib