Köhnə çayın zərərləri - MÜTƏXƏSSİS RƏYİ
10.11.2020 11:47

Çin alimləri bildirir ki, dəmləndikdən 15 dəqiqə sonra qara çayda zərərli maddələr görünməyə başlayır.

 

Aztibb.az xəbər verir ki, alimlər çayın qaldıqca tərkibindəki zəhərli maddələrin artdığını deyib. Tanınmış qidalanma mütəxəssisi Yelena Solomatina köhnə çayın zərərlərini izah edib.

 

"Çay müxtəlif efir yağlarını ehtiva edir, üzərinə qaynar su tökdükdə, bu yağların bir hissəsi çay yarpaqlarından çıxır və nazik bir təbəqə şəklində suyun səthinə yayılır. Çay içərkən dərhal görə bilmərik, stəkan boşaldıqca qabın divarlarında qara ləkə nəzərə çarpır. Bu təbəqəyə orqanik birləşmələr, taninlər və s. daxildir. Hava ilə təmasda olanda bu maddələr oksidləşir, stəkanda patogen mikroflora yaranmağa başlayır. Xüsusilə çayı şəkərlə içsəniz, mikrobların yaranması üçün lazım olan isti, nəmli və şirin qida mühiti meydana gəlir" , - deyə mütəxəssis açıqlamasında qeyd edib.

 

Yelena Solomatinanın sözlərinə görə, bu zaman orada göbələk inkişaf etməyə başlayır və bədənə daxil olaraq onu mikotoksinlərlə zəhərləyir. Üstəlik, dünənki çay yarpaqlarına təzə qaynar su tökülərsə belə zəhərli maddələrin mənfi təsiri itmir. Yenidən mikotoksinlər bədənimizə daxil olur.

 

"Əlbəttə ki, çay yarpaqlarından zəhərlənməyəcəksiniz. Ancaq bədənimiz bu patogen mikrofloraya qarşı mübarizəyə başlayacaq, enerjisini və ehtiyatlarını ona xərcləyəcək. Nəticədə müqavimət sistemi zəifləyir. Oksidləşmə məhsulları ilə qarşılıqlı təsir nəticəsində, allergiya və bağırsaqların pozulması baş verə bilər. Qan dövranı bədən boyunca mikroorqanizmlərin ifraz etdiyi toksinləri gəzdirdiyindən, qaraciyərə əhəmiyyətli zərbə vurulur. Ürək də təsirlənə bilər. Ancaq bu dərhal baş vermir, lakin bir müddət sonra təsir göstərir".

 
Dietoloq əlavə edib ki, çay paketləri ilə bağlı vəziyyət də birmənalı deyil. Onlara rəng və qatqı maddələri əlavə olunur. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib