Noyabrın 10-u Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür
10.11.2020 11:16

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur.  Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.

 

Dünya Elm Günü bütün maraqlı tərəflərə - dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəblilərə qədər hamıya elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək üçün bir fürsət verir. Bu əlamətdar gün, həmçinin cəmiyyətin dinc və davamlı inkişafı üçün elmin rolu barədə ictimaiyyətin məlumatlandırılmasına, müxtəlif ölkələr arasında elmi nailiyyətlərin paylaşılması üçün milli və beynəlxalq həmrəyliyin təşviqinə xidmət edir. Eyni zamanda, elmin cəmiyyətin xeyrinə istifadəsinə dair milli və beynəlxalq öhdəliyi yeniləməyi, qarşılaşdığı problemlərə diqqət çəkməyi və elmi fəaliyyəti dəstəkləməyi qarşısına vəzifə qoyub.

 

2020-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində” devizi altında qeyd olunur. UNESCO bu böhran dövründə elm sahəsində beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çalışır. Təşkilatın COVID-19 ilə mübarizədə iştirakı üç əsas sahəyə yönəlib: beynəlxalq elmi əməkdaşlığın təşviqi, suya çıxışın təmin edilməsi və ətraf mühitin qorunmasına dəstək.

 

Dünya Elm Günü münasibətilə UNESCO-nun Baş direktoru Odre Azule ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, elm bizə pandemiya ilə mübarizə yolunu göstərə bilər. Tarixi miqyasda pandemiya və iqlim böhranı, bioloji müxtəlifliyin itirilməsi ilə mübarizə aparmaq məcburiyyətində olduğumuz dövrdə biz həm humanist elm konsepsiyasına, həm də ciddi təhlili ilə elmi yanaşmaya riayət etməliyik.

 

Elmin öz potensialına çatmasını təmin etmək üçün UNESCO Üzv Dövlətlər tərəfindən 2019-cu ilin noyabrında qəbul edilmiş qərara uyğun olaraq “Açıq elm” üzrə tövsiyə hazırlayır. Bizim vəzifəmiz hər kəsin elmə töhfə verməsinə imkan yaratmaqdır. Eyni zamanda, məlumatlı, məsuliyyətli və vətəndaşların kollektiv qərar qəbulu prosesində iştirak etdiyi elmi mədəniyyəti inkişaf etdirərək hədəfləri cəmiyyətin ehtiyaclarına yaxınlaşdırmaqdır.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər