Arıqlama prosesində aclıq hissi olmalıdırmı? - DİETOLOQ AÇIQLADI
09.11.2020 23:25

"Aclıq adətən azkalorili pəhriz zamanı baş verir. Orqanizm piydən əlavə, əzələ də itirir. Daha sonra orqanizm metabolizmi minimuma endirir, arıqlama dayanır. Bundan əlavə, çox aclıq ilə müşahidə olunan pəhrizlər zamanı qrelin və leptin hormonlarının işi pozulur, pəhrizdən sonra iştaha nəzarət çətinləşir".

 

Aztibb.az xəbər verir ki, bu sözləri dietoloq Nərgiz Nəzirova deyib. Mütəxəssis bildirib ki, vitamin, amin turşuları, mikroelementlərin çatışmazlığı dırnaq, saç qırılmasına və qırışlara səbəb olur.

 

"Altıdan sonra yeməmək və yuxudan öncə aclıq ilə mübarizə etmək sizi kontrolsuz iştaha gətirəcək. Çalışın yuxudan 3 saat öncə yeyəsiniz. Bir çoxları aclıqla iştahı səhv salır, hesab edirlər ki, pəhriz zamanı aclıq normaldır. Amma aclıq yalnız maddələr mübadiləsini ləngidir. Düzgün ərzaqları seçsəniz aclıq da olmayacaq", - deyə dietoloq əlavə edib.

 

Dietoloq aclıq hissinin yaranma səbəbləri arasında stressin də rolu olduğunu qeyd edib:

 

"Gün ərzində nə qədər yemək yesək də qısa bir müddət sonra təkrardan aclıq hiss ediriksə bunun altında yatan bəzi səbəblər var. Davamlı olaraq aclıq hiss etmənin səbəbi zamansız qidalanma və yanlış həyat tərzidir. Yetərli dərəcədə yağ qəbul etmiriksə bu, aclıq hissinin tez bir zamanda yüksəlməsinə gətirib çıxara bilər. Kifayət qədər yatmamaq da bu hissin gün ərzində bizimlə birlikdə olmasına gətirib çıxarır. Yüksək lifli qidaları qida rasiona əlavə etmək aclıq hissini unutdurmaqda əhəmiyyətli dərəcədə təsir göstərəcək. Aclıq hissini artıran bir digər amil də çox stressli olmaqdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib