Qışda infeksiyalardan qorunmaq üçün ən yaxşı QİDA - NARIN inanılmaz faydaları
09.11.2020 14:18

Bədənin qışda infeksiyalara qarşı müdafiəsini artırmaq üçün mütəxəssislər nar yeməyi məsləhət görürlər.

 

Aztibb.az Medikforum.ru-ya istinadən xəbər verir ki, nar bədəndəki sərbəst radikalların fəaliyyətini azaldaraq, mövsümi xəstəliklərə qarşı müqaviməti artırmağa kömək edə bilər.

 

Koronavirus infeksiyana qarşı dərman hələ mövcud olmasa da, güclü immunitetin qorunmada mühüm rol oynadığı bildirilir.

 

Belə ki, mütəxəssislər də immunitet sistemini gücləndirməkdə düzgün qidalanmanın xüsusi rolunu vurğulayır və qışda nar istifadə etməyi məsləhət görürlər.

 

"C vitamini kimi uyğun element dozaları sayəsində narın antiinflamatuar və antioksidan xüsusiyyətlərə sahib olduğu qeyd edilir.

 

Nar qışda tənəffüs yollarının xəstəliklərinin qarşısını almaq üçün ən yaxşı vasitədir.

 

Dənələrindəki müxtəlif qida maddələri soyuqdəymə və COVID-19 daxil olmaqla, mövsümi infeksiyalara qarşı bədənin ilk müdafiə xəttini gücləndirməyə kömək edə bilər.

 

Qanı duruldur. Nar qan laxtalanması ilə əlaqəli olan beyin xəstəliklərindən və insultdan qorunmağa kömək edən ən yaxşı qidalardan biridir.

 

Oksigen səviyyəsini artırır. Yüksək antioksidan konsentrasiyası sayəsində istehlakı qanda oksigen səviyyəsini yüksəltməyə və daha yaxşı nəfəs almağa kömək edir.

 

Nar, immunitet sistemini gücləndirməklə yanaşı, artrit, erektil disfunksiya, prostat xərçəngi, ürək xəstəliyi, hipertoniya, qəbizlik kimi müxtəlif xroniki xəstəliklərlə də effektiv mübarizə aparır" - deyə, mütəxəssislər qeyd edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub