Mingəçevir ŞMX-da ziqomatik sümük parçalarının açıq reduksiyası və osteosintezi əməliyyatı icra olunub
28.05.2024 12:39

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ziqomatik sümük parçalarının açıq reduksiyası və osteosintezi əməliyyatı icra olunub.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əməliyyat üz-çənə cərrahı Kamil Abdullayev tərəfindən icra olunub.

 

Tibb müəssisəsinə müraciət edən 36 yaşlı şəxsdə (qadın cinsli) üzün sağ yarısının deformasiyası, yuxarı dodağın və burun qanadının uyuşmaları, ağızın kənarında məhdudiyyətlər, yaralanma bölgəsində ağrı müşahidə olunub.

 

Kamil Abdullayevin verdiyi məlumata görə, pasiyentin əməliyyat zamanı sümükləri düzgün vəziyyətdə yerləşdirilib, sınıq zonasında olan üz skeletinin parçaları düzgün anatomik vəziyyətdə yerləşdirilib, ağızın açılması funksiyası tam bərpa edilib, infraorbital sinirin sıxılması da aradan qaldırılıb.

 

Pasiyent üzərində əməliyyat uğurla icra edilib. Ziqomatik sümüyün yerini dəyişdirdikdən sonra, sümük parçalarının bərpa edilmiş mövqeyini saxlamaq üçün titan miniplitələr və vintlər istifadə edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev