Qobustanın Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsinin açılışı olub  
22.05.2024 17:11
Uzun illərdən sonra Qobustan rayonunun Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsi istifadəyə verilib.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon ictimaiyyəti və tibb işçiləri iştirak ediblər.
 
Xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin şəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kv. sahənin əhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir, həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinə otaqları var.
 
Yeni kənd həkim məntəqəsinin açılışında iştirak edən TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən davamlı mühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərin dəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaiti hesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə minnətdarlığını bildirib.
 
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova bölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yeni tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin kənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev