Qobustanın Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsinin açılışı olub
22.05.2024 17:11
Uzun illərdən sonra Qobustan rayonunun Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsi istifadəyə verilib.
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon ictimaiyyəti və tibb işçiləri iştirak ediblər.
Xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin şəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kv. sahənin əhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir, həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinə otaqları var.
Yeni kənd həkim məntəqəsinin açılışında iştirak edən TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən davamlı mühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərin dəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaiti hesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə minnətdarlığını bildirib.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova bölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yeni tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin kənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.
Bu bölməyə aid digər xəbərlər
Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub
21.05.2026 | 09:18
Naxçıvanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub
27.04.2026 | 10:35
Kürdəmir RMX-da ilk dəfə endovenoz lazer ablasiyası və mini flebektomiya əməliyyatları icra olunub
22.07.2025 | 11:37
Naxçıvan Səhiyyə Nazirliyinin kollektivi şəhid leytenant Emin Sadiqovun xatirəsini yad edib
20.07.2025 | 15:13
Culfa Regional Tibb Mərkəzinə yeni direktor təyin edilib
17.07.2025 | 10:09
Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərin sakinlərinin sağlamlığına qayğını gücləndirir
11.07.2025 | 14:42
Zaqatalada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib
02.07.2025 | 08:36
Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub
24.06.2025 | 14:37
Ordubad Rayon Mərkəzi Xəstəxanasına müasir hemodializ cihazları təhvil verilib
23.06.2025 | 10:15
"Böyük Qayıdış"da sağlam addımlar: Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda
31.05.2025 | 09:18
ÇOX OXUNANLAR
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
22.05.2026 | 15:13
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
21.05.2026 | 09:25
Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub
21.05.2026 | 09:18
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
21.05.2026 | 11:47
Bədən qoxusuna təsir edən qidalar
23.05.2026 | 10:16
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Otorinolarinqoloq Sevda Şirinova
23.05.2026 | 13:55
Məktəblərdə "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib
23.05.2026 | 10:12
Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə akademik mübadilə genişlənir
22.05.2026 | 12:48
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
21.05.2026 | 12:30
Kolonoskopiya müayinəsi həyati əhəmiyyət daşıyır - Rəfael Həsənov
23.05.2026 | 12:27
Angioqrafiyanın müalicəyə təsiri varmı?
23.05.2026 | 12:44
Polikistik Over Sindromunun adı dəyişdi - İllərdir natamam izah edilirmiş
20.05.2026 | 17:16
Ucar RMX-da yeni Hemodializ şöbəsinin açılışı olub
21.05.2026 | 12:18
Kliniki Tibbi Mərkəzin həkimi vəfat edib
21.05.2026 | 10:26
Bakı Reabilitasiya Mərkəzində “Açıq qapı” günü
22.05.2026 | 16:07

