Ordubad Rayon Mərkəzi Xəstəxanasına müasir hemodializ cihazları təhvil verilib
23.06.2025 10:15

Naxçıvan Muxtar Respublikasında hemodializ xidmətlərinin müasir tələblərə uyğunlaşdırılması və dializ xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Culfa Regional Tibb Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Ordubad Rayon Mərkəzi Xəstəxanasına müasir hemodializ cihazları və pasiyentlərin müalicəsinin rahat təşkilinə imkan verən hemodializ kresloları təhvil verilmişdir.

 

Bu xəbər Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli iştirak etmişlər. Səhiyyə naziri Samiq Sadıxov çıxışında qeyd etmişdir ki, müasir avadanlıqlarla təminat regionda nefroloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

 

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli isə bildirib ki, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bu kimi layihələr rayon sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır