Naxçıvanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub  
27.04.2026 10:35

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlikdə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın 40-cı ildönümü ilə əlaqədar görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə başlandığını, bu sahədə işlərin davam etdirildiyini vurğulayıb.

 

Bildirilib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində bu kateqoriyaya aid şəxslərin sosial ödənişləri də dəfələrlə artırılıb.

 

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə, reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və digər istiqamətlərdə aparılan işlərdən bəhs olunub.

 

Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslər həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildirib, onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib