Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərin sakinlərinin sağlamlığına qayğını gücləndirir
11.07.2025 14:42

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə əhalinin tibbi təminatını gücləndirmək məqsədilə “Böyük Qayıdış” Proqramı çərçivəsində ardıcıl şəkildə tibbi müayinələr və maarifləndirici aksiyalar həyata keçirir.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu təşəbbüs çərçivəsində növbəti tədbir iyulun 11-də Zəngilan rayonunda baş tutub.

 

Aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun peşəkar həkim və fizioterapevtlərindən ibarət tibb heyəti iştirak edib. Onlar Zəngilan sakinlərini geniş profilli travmatoloji və ortopedik müayinələrdən keçirib, müxtəlif xəstəlik və zədələrin erkən diaqnostikası və müalicəsi üçün ilkin tibbi müdaxilələr həyata keçiriblər.

 

Tədbirin əsas məqsədi bölgədə yaşayan vətəndaşların sağlamlıq durumunun qiymətləndirilməsi, travmatik və ortopedik patologiyaların vaxtında aşkarlanaraq, uyğun müalicə və reabilitasiya tədbirlərinin təmin edilməsidir. Aksiya çərçivəsində onurğa, dayaq-hərəkət sistemi, sinir sistemi və digər travmatoloji problemlərin diaqnostikası aparılıb, posttravmatik reabilitasiya imkanları müzakirə olunub.

 

Səhhətində problem aşkarlanan şəxslərə peşəkar tibbi məsləhətlər verilib, lazımi hallarda dərhal müalicəyə başlanılıb. Mütəxəssislər vətəndaşlara sağlamlıqlarını qorumaq və bərpa etmək üçün fərdi tövsiyələr də təqdim ediblər.

 

Aksiya zamanı 150 nəfərdən çox sakin tibbi müayinədən keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır