Ucar RMX-da yeni Hemodializ şöbəsinin açılışı olub
21.05.2026 12:18

TƏBİB tərəfindən xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması, onların vaxtında müayinə və müalicəyə cəlb olunması, həmçinin hemodializ xidmətləri ilə fasiləsiz təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, vətəndaşların hemodializ xidmətlərinə əlçatanlığının artırılması məqsədilə ölkənin müxtəlif bölgələrində yeni hemodializ şöbələrinin yaradılması və mövcud xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində işlər həyata keçirilir. Daha bir şöbə Ucar Rayon Mərkəzi Xəstəxanasında yaradılıb.

 

Şöbənin açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Mustafayev və digər əməkdaşlar iştirak edib.

 

Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən İ.Mustafayev bildirib ki, şöbədə 3 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb və xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb. Şöbənin otaqları yumşaq inventar və zəruri olan tibbi avadanlıqlarla təmin edilib.

 

Hemodializ şöbəsində 1 həkim, 3 tibb bacısı və digər sahələr üzrə əməkdaşlar da daxil olmaqla, ümumilikdə 10 nəfər tibbi heyət xidmət göstərəcək.

 

Əhalinin hemodializ xidmətlərinə əlçatanlığının artırılması və mövcud tələbatın qarşılanması məqsədilə TƏBİB tərəfindən ardıcıl tədbirlər görülür. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır