Naxçıvan Səhiyyə Nazirliyinin kollektivi şəhid leytenant Emin Sadiqovun xatirəsini yad edib
20.07.2025 15:13

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi, eləcə də nazirliyin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin bir qrup rəhbər heyəti şəhid leytenant Emin Sadiqovun doğum günü münasibətilə keçirilən anım tədbirində iştirak etmişdir.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Vətən uğrunda canından keçmiş qəhrəmanımızın xatirəsinə ehtiram ifadə olunan tədbirdə vurğulanıb ki, Emin Sadiqovun fədakarlığı və vətənpərvərliyi daim qürurla xatırlanacaq.

 

Qeyd edək ki, şəhidimizin anası — uzun illər Naxçıvan səhiyyə sistemində çalışan Gülşad Rüstəmova da xalqımıza xidmət missiyasını layiqincə yerinə yetirən peşəkar səhiyyə işçilərindən biridir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi şəhidimizin ailəsinə dərin ehtiramını bildirir, Vətən uğrunda canını fəda etmiş bütün qəhrəmanlarımızın xatirəsini hörmət və minnətlə yad edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır