"Böyük Qayıdış"da sağlam addımlar: Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda
31.05.2025 09:18

Səhiyyə Nazirliyinin mobil klinikaları tərəfindən mayın 30-da Ağdərə rayonunun Suqovuşan kəndində yerli əhaliyyə tibbi xidmətlər göstərilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun müasir tibbi avadanlıqları ilə təchiz olunan səyyar klinikaları vasitəsilə Suqovuşan kəndi ilə yanaşı, Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri üçün ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb.

 

Səyyar kilinikalarda ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimləri tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib.

 

Müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.

 

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

 

Aksiya zamanı 250-ə yaxın Suqovuşan kəndinin və Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri müayinələrdən keçiblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır