Şəhla Şahbazzadə: "Dilaltı qədəh adətən irsi olaraq ötürülür və ən çox oğlan uşaqlarında rast gəlinir"  
25.05.2024 09:33
Dil hərəkətli orqandır. Çox vaxt uşaqlarda dilin hərəkətsizliyinin şahidi oluruq. Buna dilaltı qədəhin olması səbəb olur. Bu zaman yumşaq toxuma dili ağız döşəməsinə yapışdırır. Nəticədə körpə uşaqlarda əmmə zamanı problemlər yaranır.
 
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan Kürdəxanı Sağlamlıq Mərkəzinin loqopedi Şəhla Şahbazzadə Aztibb.az-a bildirib ki, dilaltı qədəhi olan körpələrdə dodaq büzməyə maneələr yaranır, bunun nəticəsində isə əmmə problemləri ilə üzləşirlər. Eyni zamanda, südəmər körpələrin ağız ətrafında süd köpükləri toplanır. Dilaltı qədəhi olan körpələrdə köp və qaz halına daha çox rast gəlinir. Dilaltı qədəh təkcə körpəyə deyil, həmçinin anaya da əziyyət verir. Belə ki, dilaltı qədəhi olan körpələr süd əməndən sonra gilədə düzləşmə, ağ süd ləkələri (mastit ) yaranır. Bu proses anadangəlmə olur. Əgər bu proses ciddi problemlərə yol açarsa, 3-4 aya qədər gözləyib daha sonra cərrahi əməliyyatla aradan qaldırmaq olar.
 
Onun sözlərinə görə, dilaltı qədəh adətən irsi olaraq ötürülür və ən çox oğlan uşaqlarında rast gəlinir. "Dilaltı qədəhi olan uşaqlar danışmır" fikri yanlışdır. Sadəcə dislaliyanın bəzi növləri müşahidə olunur, nitqin müəyyən formalarının pozulmalarına rast gəlinir. Dilaltı qədəhi olan uşaqlar bərk qidaları (kök, alma və s.) yeməkdə əziyyət çəkirlər, dili rahat şəkildə çölə çıxara bilmirlər.
 
Mütəxəssis qeyd edib ki, ev şəraitində analar övladlarında dilaltı qədəhin olub-olmamasını müşahidə edə bilərlər: "Belə ki , normal dil çölə çıxarılanda uc hissəsi düz, dilaltı qədəh olanda isə dilucu içəriyə yığılmış,"ürək" formasında olur. Yuxarıda qeyd etdiyimiz kimi, dilaltı qədəh nitqin müəyyən formalarının pozulmasına səbəb olur . Bu zaman biz uşaqların "L, R, T, S, Z" kimi səslərin tələffüzündə çətinlik çəkdiklərini, bəzən isə heç səsləndirə bilmədiklərini də görürük”.
 
Şəhla Şahbazzadə bu problemin yalnız cərrahiyyə yolu ilə aradan qaldırıla biləcəyini də nəzərə çatdırıb:
“2 bəzən 3 yaşa qədər uşaqlarda dilaltı qədəhin qalınlığından asılı olaraq loqopedik müdaxilə ilə də aradan qaldıra bilərik. Bu zaman artikulyasiya aparatının fəallığından asılı olaraq işə başlamaq olar. Belə ki, dili gimnastika ilə hərəkətə gətirmək lazımdır. Amma dil qədəhi çox qısadırsa, uşaq cərrahının qərarı ilə cərrahi müdaxilə olunmalıdır”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır