Ölkəmizdə hərbi təbabət ixtisası üzrə ilk dissertasiya işinin müdafiəsi keçirilib  
20.05.2024 14:36

Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində yaradılan birdəfəlik dissertasiya şurasının iclasında tibb xidməti polkovnik-leytenantı, Hərbi tibb fakültəsinin Tibbi-profilaktika kafedrasının baş müəllimi Saleh Əhmədovun ölkəmizdə ilk olan hərbi təbabət ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, iddiaçının hərbi təbabət ixtisasına uyğun olaraq milli təhlükəsizlik və hərbi elmlər sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi müzakirəyə çıxarılıb. Əvvəlcə dissertasiya şurasının sədri, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov, sədr müavini, professor Məhərrəm Niftullayev və şuranın elmi katibi, dosent Törə Sadıqova çıxış edərək dissertasiya işinin mahiyyətini, aktuallığını, yeniliyini diqqətə çatdırıblar. Bildirilib ki, mövzu Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutu və ATU-nun Hərbi tibb fakültəsinin Tibbi-profilaktika kafedrasının tematik planına daxildir.

 

Daha sonra “Hərbi qulluqçular arasında aşkarlanmış vərəm xəstəliyinin epidemioloji xüsusiyyətləri” mövzusunda dissertantın məruzəsi dinlənilib. Müzakirələrdə ATU-nun Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, Kliniki farmakologiya kafedrasının professoru Yusif Nağıyev, Hərbi səhra terapiyası kafedrasının dosenti Rəna Şirvanova, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Elcan Məmmədbəyov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun dosenti Könül Kərimova və başqaları çıxış ediblər. Çıxışlarda hərbi təbabətin tibb sahəsi üçün əhəmiyyətindən, tədqiqatın praktik tövsiyələrindən, nəticələrindən danışılıb. Dissertasiya işinin hərbi terapiya, hərbi gigiyena, hərbi epidemiologiya, hərbi toksikologiya, radiologiya və tibbi mühafizə, tibb xidmətinin təşkili və taktikası sahələrini əhatə etdiyi vurğulanıb.

 

Qeyd edək ki, hərbi təbabət ixtisası hərbi elmlərin tərkib hissəsi olub, hərbi qulluqçularda inkişaf edən daxili və cərrahi xəstəliklərin elmi-nəzəri, praktik və metodoloji əsaslarını, etioloji, patogenetik, kliniki, diaqnostik xüsusiyyətlərini, müalicə-profilaktik üsullarını və cərrahi yardımın təşkilini, kütləvi qırğın silahlarından mühafizənin elmi əsaslarını hazırlayan, həmçinin tibb xidmətinin idarəetmə prinsiplərini və qoşunların şəxsi heyətinə döyüş əməliyyatları, təlim hazırlığı, həyat və məişət şəraiti ilə bağlı amillərin təsirini tədqiq edən elm sahəsidir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev