Narahatlıq və qorxu əleyhinə istifadə edilən - Damotu bitkisi
07.11.2020 15:28

Damotu X əsrdən təbabətdə tətbiq edilən dərman bitkisidir, onun adı latın dilindən tərcümədə şirquyruğu mənası verir. Damotu 1968-ci ildən keçmiş Sovetlər İttifaqının Dövlət Farmakopeyasına daxil edilib. Bitkinin toxumlarından əldə edilən piyli yağ yüksək keyfiyyətli lakların hazırlanması, kağız və parça səthlərinə keçirməzlik bəxş etmək üçün onların hopdurulmasında istifadə edilir. Bitkidən alınan lif keyfiyyətinə görə kətan liflərinə yaxındır. Baytarlıqda damotunun cövhəri sidikqovucu kimi tətbiq edilir.

 

Aztibb.az xarici tibbi mənbələrə istinadla xəbər verir ki, damotunun tərkibindəki kimyəvi maddələr ondan həm sakitləşdirici, həm də narahatlıq və qorxu əleyhinə istifadə etməyə imkan verir. Qalxanabənzər vəzin hiperfunksiyası zamanı səmərəli təsir göstərir.

 

Damotu bitkisinin preparatları sedativ təsirə malikdir, arterial təzyiqi aşağı salır, ürək ritmini azaldaraq miokardın yığılma gücünü artırır, karbohidrat və yağ mübadiləsinə müsbət təsir göstərir.

 

Ondan, əsasən qorxu, taxikardiya, həyəcan zamanı, meteorizm, həzm pozğunluqları, isteriya, epilepsiya, hepertoniyanın birinci və ikinci mərhələlərində tətbiq edilir. Yemişan və pişikotu ilə birlikdə ürək fəaliyyətinin gücləndirilməsi üçün istifadə edilir.

 

Xaricə istifadə zamanı damotu iltihab əleyhinə, antiseptik və regenerasiyaedici təsir göstərir. Damotu köklərinin dəmləməsi dizenteriya zamanı içilir.

 

2 çay qaşığı qurudulmuş damotu üzərinə dörddəbir litr qaynar su əlavə edilərək 10 dəqiqə dəmlənilib süzülür. Alınan dəmləmə iki-üç yerə bölünərək gün ərzində içilir.

 

Hipotoniya, tromboz və tramboflebit zamanı istifadəsi qəti qadağandır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub