Ordubadda 93 yaşlı pasiyent üzərində həyata keçirilən cərrahi əməliyyat uğurla başa çatıb
15.05.2024 16:11

Ordubad Rayon Mərkəzi Xəstəxanasında 93 yaşlı pasiyent üzərində həyata keçirilən cərrahi əməliyyat uğurla başa çatıb.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Vətəndaş 93 yaşlı Bayram Quliyev sol bud sümüyü boynunun sınığı diaqnozu ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

 

Ortoped-travmatoloq, cərrah Elşən Paşayev tərəfindən uğurla icra olunan sol bud çanaq oynağının bipolyar endoprotezləşdirilməsi əməliyyatından 1 gün sonra xəstə ayağa qaldırılaraq gəzdirilib. Hazırki vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Qeyd edək ki, muxtar respublikada rayon xəstəxanalarında ixtisaslaşdırılmış tibbi xidmətlərin təkminləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində davamlı intensiv işlər görülür. Nəticə olaraq, bir sıra mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da uğurla icra olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir