Qoruyucu maskaların astma xəstələrinə təsiri açıqlanıb
07.11.2020 12:18

Bir çox astma xəstələri tibbi maska geyməyin ağır olmasından şikayət edirlər. Çünki bu, onlarda nəfəsalmanı çətinləşdirir.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Sputnik" radiosuna Rusiyanın Əməkdar həkimi, pulmonoloq Aleksandr Karabinenko bildirib.

 

Pulmonoloq qeyd edib ki, koronavirus pandemiyası şəraitində yüksək risk qrupuna yalnız yaşlı insanlar yox, həm də xroniki xəstəlikli pasiyentlər aiddir. Astma xəstələri COVID-19 yoluxmaya daha çox meyillidirlər və xəstəliyi daha ağır keçirə bilərlər.

 

"Astma tənəffüs yollarının xroniki allergik iltihabi xəstəliyidir. Məlumdur ki, koronavirus infeksiyası bronxlara və ağ ciyərlərin alveolalarınə zərər vurur. Buna görə də xəstəliklər insana çox təsir edir", - deyə o, bildirib.

 

Aleksandr Karabinenko qeyd edib ki, nadir hallar istisna olmaqla, qoruyucu maskalar astma xəstələri üçün təhlükə yaratmır.

 

"Bir insanda maskanın hazırlandığı materialdan gələn tozlu hissəciklərə və ya qoxulara qarşı dözümsüzlük olmadığı təqdirdə qoruyucu maska təhlükəsizdir. Əgər maddələrdə bronxial spazmanın meydana gəlməsinə qarşı artan reaksiya yoxdursa, qoruyucu maskalar taxmaq təhlükəli deyil və ümumiyyətlə lazımdır. Maskalar ətrafındakıları yoluxdurmamaq üçün hamıya lazımdır", - A.Karabinenko deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub