Gəncədə koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
07.11.2020 11:25

Gəncədə COVID-19 pandemiyasının geniş yayılmasının qarşısını alınması istiqamətində mütamadi olaraq qabaqlayıcı tədbirlər aparılır. Bu sahədə görülən tibbi-profilaktik tədbirlərin effektivliyinin artırılması məqsədilə Gəncədə gündəlik görülən dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş qaydada həyata keçirilir. 

 

İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, dezinfeksiya işləri şəhərin mərkəzindəki küçə və prospektləri, park və xiyabanları, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinın sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.

 

Dezinfeksiya işlərinə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş işçiləri də cəlb edilirlər. 

 

Qeyd edək ki, şəhərdə görülən profilaktik tədbirlər mütamadi olaraq davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub