Alimlər əllərin yuyulmasını dezinfeksiyaedici vasitələrdən üstün hesab edirlər
07.11.2020 11:40

Dezinfeksiyaedici vasitələr rahat və istifadə üçün asan ola bilər, lakin əllərin sabunla və su ilə yuyulması kimi effektiv deyil.

 

Aztibb.az “MedikForum” saytına istinadla xəbər verir ki, bu barədə tanınmış alim və Penn State Health-in (ABŞ) həkimi Ronald Nyuman bildirib. O qeyd edib ki, əllərin təmizliyinin qorunmasına gəldikdə əllərin ənənəvi yuyulması dezinfeksiyaedici vasitələrdən üstün hesab edilir.

 

Təmizləmə zamanı sabun dərinin səthini bütün çirk və mikrobların hissəciklərindən azad edir deyən R.Nyuman əlavə edib ki, əlinizdə olan hər hansı bir çirk və ya kir sabun köpüyündə yığılır. Onun sözlərinə görə, ən yaxşı nəticə əldə etmək üçün əllərinizi təxminən 20 saniyə ərzində axan suyun altında sabun ilə güclü bir şəkildə ovuşdurmalısınız.

 

İnsanların yalnız dezinfeksiyaedici maddələrə etibar etməməsinin başqa bir səbəbi də onların müəyyən patogenlərə qarşı xüsusilə təsirli olmamalarıdır. Bu cür patogenlər nümunələrinə norovirus, Cryptosporidium adlandırılan parazit və Clostridium difficile adlandırılan bakteriya aiddir.

 

Bundan əlavə, dezinfeksiyaedici vasitələr sabun və sudan fərqli olaraq pestisid və ağır metal kimi bəzi kimyəvi maddələrə qarşı təsirli deyil.

 

“Təmasda nə ilə olduğunuzdan asılı olaraq əllərin sabun və su ilə düzgün yuyulması, əslində, əllərinizi daha çox mikrobdan - bəzi kimyəvi maddələrdən təmizləyə bilər”, - deyə R.Nyuman bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub