Simptomsuz keçən COVID-19 xəstəliyi ürək üçün təhlükəlidir
07.11.2020 11:29

Koronavirusun (COVID-19) ürəyə ciddi təsiri ola bilər. Belə ki, xəstəliyin ağır keçdiyi hallarda trombların və iltihab prosesinin güclənmə ehtimalı artır. Yeni araşdırmalar zamanı məlum olub ki, bu baxımdan COVID-19 xəstəliyini simptomsuz keçirən cavanların da ürək nahiyəsində təhlükəli iltihab prosesi baş verə bilər.

 

Aztibb.az “MedikForum” saytına istinadla xəbər verir ki, Qərbi Virciniya Universitetinin alimləri bununla bağlı apardıqları araşdırmaları “Journal of the American College of Cardiology” jurnalında dərc edib. Mütəxəssislər kardioloji müayinədən keçmiş və COVID-19 testi müsbət çıxmış tələbə-idmançıların üçdəbirindən çoxunun ürəyində qüsurlar aşkarlayıblar.

 

Bununla belə, perikardda, ürəyin ətrafındakı kisədə iltihab əlamətləri və artıq maye artıqlığı müşahidə olunsa da ürək əzələsinin özündə heç bir zədə tapılmayıb.

 

Qeyd edək ki, bu tədqiqat koronavirus xəstəliyini yüngül və simptomsuz keçirən 54 tələbə üzərində aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub