Bu məhsulları hər gün yemək arteriyaların təmizlənməsi üçün faydalıdır 
06.11.2020 16:31

Həkim və diyetoloqlar arteriyaları effektiv təmizləyərək və orqanizmin qan dövranını yaxşılaşdıraraq damarların tıxanmasının qarşısını alan məhsulların adlarını açıqlayıblar.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, arteriyaların yaxşı formada saxlanılması üçün gündəlik qida rasionumuza diqqət etmək böyük əhəmiyyətə malikdir. Arteriyaların elastikliyinin, yaxşı keçiriciliyinin və qan axınının təsiri altında genişlənmək qabiliyyətinin saxlanılması üçün bir sıra məhsullar mövcuddur. Bunun üçün mütəxəssislər rasiona aşağıdakı məhsulları əlavə etməyi məsləhət görürlər:

 

Zərdəçal (sarıkök). Ədviyyat kardioqoruyucu xüsusiyyətlərlə malik, arteriyaların divarlarının zədələnməsini azaltmağa kömək edən kurkumin inqrediyentinə malikdir.

 

Sarımsaq. Tədqiqatlar göstərir ki, sarımsaq aterosklerozun inkişafını yavaşladaraq və arterial təzyiqin səviyyəsinin düşməsinə imkan yaradaraq ürək xəstəliklərinin qarşısını alır.

 

Zəncəfil. Bu ədviyyat ürəyi müdafiə edən güclü birləşmələr olan qinqerol və şoqaollara malikdir.

 

Bunlarla yanaşı, limon, darçın, kətan toxumu, zeytun yağı, nar şirəsi, qəhvə, çərəzlər də arteriyaların təmizlənməsində böyük rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub