Koronavirusla mübarizə aparan həkimlərə sentyabr ayı üzrə müddətli əlavə ödənib
06.11.2020 14:37

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

 

Dövlət Agentliyindən Aztibb.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 31, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9460 nəfər tibb işçisinə və 2514 nəfər qeyri-tibb işçisinə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.8 milyon manat müddətli əlavə ödənilib.

 

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

 

Tibbi profilaktik tədbirləri həyata keçirən 2058 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.7 milyon manat ödənilib.

 

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

 

Nümunə 1: Poliklinikada çalışan həkim terapevtin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 216 manat 35 qəpik müddətli əlavə almalıdır. 216.35 = ((375 / 26) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

 

Təcili tibbi yardım xidməti göstərən 3780 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 291 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.5 milyon manat ödənilib.

 

Nümunə 2: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 60 saat işə cəlb olunubsa, deməli 576 manat 92 qəpik müddətli əlavə almalıdır. 576.92 = ((375 / 156) x 60) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

 

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3331 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4.8 milyon manat ödənilib.

 

Nümunə 3: Xəstəxanada çalışan həkim infeksionistin 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 360 manat 58 qəpik müddətli əlavə almalıdır. 360.58 = ((375 / 26) x 5) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

 

Onu da qeyd edək ki, 2514 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.8 milyon manat müddətli əlavə verilib. Nümunə 4: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 184 manat 77 qəpik müddətli əlavə almalıdır. 184.77 = ((271 / 22) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

 

Məlumat üçün bildirək ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin oktyabr, noyabr və dekabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.

 
 
 
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbir keçirilib