"Krallar xəstəliyi" PODAQRA: Səbəbləri və müalicəsi
05.11.2020 20:41

Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəlikdir. O, adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Xəstəlik dövründə sidikturşulu duzlar (urat kristalları) strukturu zəif və zədəli olan oynaqlarda yığılmağa başlayır və nəticədə oynaqların struktur tamlığı pozulur.

 

Podaqranın səbəbləri

 

Spirtli içkilərin qəbulu, travma, uzun müddət ərzində ayaq üstə qalmaq və ya gəzmək, bəzi dərman preparatların qəbulu (xüsusilə sidikqovucu preparatların) podaqranın yaranmasına təkan verə bilər.

 

Sidikturşulu duzların qanda yubanması və ya çox olması bir qayda olaraq böyrəklərin funksional pozğunluğu ilə bağlı olur. Bir tərəfdən böyrək xəstəlikləri, digər tərəfdən purin maddələrinin orqanizmə çox miqdarda daxil olması xəstəliyin kəskinləşməsinə, duzların oynaqlarda toplanmasına şərait yaradır. Purin maddələri yağlı ət və məhsullarında, yağlı balıq ətində çox olur. Müşahidələr göstərir ki, ət məhsulları az qəbul edən insanlarda podaqra xəstəliyinə çox az rast gəlinir. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırlar. Bu xəstəlik artıq çəkisi və mübadilə proseslərin pozulmaları olan insanlarda 40 yaşından sonra inkişaf edir.

 

Podaqranın əlamətləri

 

Oynaqlarda ağrıların vaxtaşırı peyda olması əsas verir ki, ağrıyan oynaq və ya oynaqlar müayinə olunsun. Ağrıya səbəb podaqra olub-olmadığı müəyyənləşdirilsin. Çünki podaqranı xəstəlik dərinləşməmiş, ətraf toxumalara nüfüz etməmiş müalicə etmək vacibdir. Əks təqdirdə fəsadları dərinləşmiş podaqranı müalicə etmək çətin və yaxud heç mümkün olmaya bilər. 

 

Podaqra ağrıları adətən daha çox gecə və yaxud səhər saatlarında intensivləşir. Zədələnmiş oynaq şişir, nahiyədə temperatur qalxır, dəri qızarır və parıltılıq əmələ gəlir. Adətən gündüzlər ağrıların intensivliyi azalır. Podaqra ağrıları vaxtaşırı kəskinləşir, 2-3 gün, bəzi hallarda 6-8 gün fasiləsiz davam edir. Nadir hallarda intensiv ağrılar 2-3 həftəyə qədər uzanır.

 

Podaqra hər dəfə kəskinləşdikdə daha geniş sahəni əhatə edir və tədricən oynaqların daha ciddi şəkildə zədələnməsinə səbəb olur. Bu xəstəliyi oynaqlarda özünəməxsus şişlərin əmələ gəlməsi dizqnozu təsdiqləyir. Xəstəliyin kəskinləşməsi zamanı yaranmış şiş ağrılı olur və xəstəni ciddi narahat edir. Podaqra xəstəliyi xəstənin həyat tərzini dəyişə bilən bir xəstəlikdir. Bu səbəbdən müalicəsini yubatmaq olmaz.

 

Podaqranın müalicəsi

 

Xəstəliyin müalicəsi dərman preparatları, dərman bitkiləri və müalicəvi qida pəhrizi ilə aparılır.

 

Belə ki, podaqradan əziyyət çəkən insanlar qara ciyər, böyrək, dil kimi məhsulları, yağlı ət, balıq növləri, konservlər, turşular, ət və balıq bulyonları, qoyun piyi yeməməlidir. Qidaları bişirdikdə az miqdarda duz əlavə etmək lazımdır.

 

Paxlalılar (noxud, lobya, mərci), göbələk, gül kələmi, çay, qəhvə, kakao, şokolad kimi məhsulları məhdudlaşdırmaq lazımdır. Əksinə isə süd məhsulları, yarmalar, yumurta, meyvə (xüsusilə sitrus meyvələri) və giləmeyvələr podaqra xəstəliyi olan insanlar üçün xeyirlidir.

 

Müalicə zamanı mütləq hidrokarbonat mənşəli mineral sulardan gündə 2 stəkan içmək məsləhətdir.

 
Gündə bir dəfə yeməkdən əvvəl bir xörək qaşığı alma sirkəsi və eyni qayda ilə bir xörək qaşığı zeytun yağı (rafine edilməmiş) içmək də faydalıdır.
 

Qeyd edək ki, müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Həmçinin xəstənin yaş faktoru rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib