Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
17.04.2024 09:34

ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

 

Bu barədə Aztibb.az-a İnstitutdan xəbər verilib.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2415.01 – “Molekulyar biologiya” – 3 yer (əyani); NDU üçün 1 məqsədli yer (qiyabi)

2406.02 – “Biokimya” - 1 yer (əyani);

2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 1 yer (əyani);

2424.01 - “Riyazi biologiya, bioinformatika” – 1 yer (əyani);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2411.02 – “Bitki fiziologiyası” - 1 yer;

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2406.02 – “Biokimya” - 1 yer;

2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 1 yer

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 16.04.2024 – 15.05.2024 tarixlərində təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

 

Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.

Tel.: (+994 50) 450 04 16

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev