Ağdaş Şəhər Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir edilən yeni binaya köçürülüb  
16.04.2024 17:18
Vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, eləcə də tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamı kimi Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ağdaş Şəhər Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir edilən yeni binaya köçürülüb.
 
Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Bina müasir standartlara cavab verən yeni inventar və avadanlıqlarla təchiz edilib, Mərkəzin normal fəaliyyəti üçün əlverişli şərait yaradılıb.
 
Xəstələrin qəbulu üçün həkim otaqları müvafiq tibbi avadanlıqlarla təchiz edilərək əhalinin ixtiyarına verilib. Mərkəzdə 2 peyvənd otağı, 1 böyük, 1 uşaq prosedur otağı, 1 laboratoriya və 22 həkim otağı mövcuddur.
 
Hazırda mərkəzdə 1 bölmə müdiri, 6 ailə həkimi-pediatr, 11 ailə həkimi-terapevt, 41 tibb bacısı, 3 laborant fəaliyyət göstərir.
 
Qeyd edək ki, Mərkəzə gün ərzində 400-dən çox vətəndaş müraciəti daxil olur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev