İsmayıllıda karantin qaydalarına nəzarət davam etdirilir
05.11.2020 13:34

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun giriş və çıxışlarında oktyabrın 24-dən etibarən xüsusi karantin postları qurulub. Polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidmət apardığı həmin stasionar postlarda xüsusi və operativ nəqliyyat vasitələri, eləcə də yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin rayon ərazisinə giriş-çıxışı məhdudlaşdırılıb.

 

Bundan başqa, rayon daxilində də polis naryadları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Mağazalarda keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi alıcı və satıcıların diqqətinə çatdırılır. Həmçinin digər ictimai iaşə müəssisələrində, obyektlərdə sahibkar və müştərilərlə maarifləndirici söhbətlər aparılır, sanitar-karantin qaydalarına əməl etmələrinin vacibliyi vurğulanır. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub