İmmun sistemini möhkəmləndirən, bir çox xəstəliklərin müalicəsində istifadə olunan - "Ölməzlik bitki"si
05.11.2020 13:22

Aloe bitkisini qədim zamanlarda yunanlar "ölməzlik bitkisi" adlandırıblar. Onlar bitkiyə bu adı onun insan orqanizminə verdiyi şəfalara görə təyin ediblər. Belə ki, aloe bitkisi daxili xəstəliklərlə birlikdə, yanıqları, dəri xəstəliklərini və sinir xəstəliklərini də müalicə edir.

 

Aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddə var. Bu maddələrin tərkibi vitaminlər, minerallar, fermentlər, aminturşuları, polisaxaridlərlə zəngindir. Sadalanan maddələr isə insan həyatı üçün vacib sayılan maddələrdir. Aloenin tərkibi həm də kalsium, dəmir, sink, xrom, kalium və s. ilə də zəngindir. Bu bitki iltihab əleyhinə təsir göstərir və antibakterial gücə sahibdir. Aloe immun sistemi möhkəmləndirir, orqanizmi detoksikasiya edir.


Aloenin tərkibində nəinki vitamin və minerallar var, o hətta B12 ilə də zəngindir. Bitkinin tərkibində 20-22 əvəzolunmaz amin turşuları vardır ki, bu turşular mədə və bağırsaqlardakı yaraları müalicə edir və qıcqırmanı aradan qaldırır. Aloenin ağız boşluğundakı yaraları da sağaltmaq qabiliyyəti vardır. Bu səbəbdən ağız boşluğunda və mədə bağırsaq sistemində xəstəliklər olan adama aloe şirəsi içmək və ya onu ağız boşluğuna sürtmək məsləhət bilinir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib