Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə fəqərəarası disk yırtığı əməliyyatı icra olunub  
09.04.2024 12:26
Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Travmatoloji Mərkəzində ilk dəfə 28 yaşlı pasiyent üzərində həyata keçirilən fəqərəarası disk yırtığı əməliyyatı uğurla başa çatıb.
 
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, bir neçə ay bundan əvvəl xəstəxananın nəzdində fəaliyyatə başlayan Regional Travmatoloji Mərkəzdə həyata keçirilən bu əməliyyat neyrocərrah Fariz İsgəndərov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədov tərəfindən icra olunub.
 
Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilərək, ambulator müalicə üçün evə buraxılıb.
 
Məlumat üçün bildirək ki, yeni fəaliyyətə başlayan Mərkəzdə bu sayca 124-cü travmatoloji əməliyyat hesab edilir.
 
Qeyd edək ki, bu günədək bu cür travmatoloji əməliyyatlara görə bölgə əhalisi daha çox paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə müraciət edirdi. Artıq bu cür mürəkkəb travmatoloji əməliyyatların Quba Regional Travmatoloji Mərkəzində də icrası mümkündür.
 
Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Regional Travmatoloji Mərkəzdə region üzrə - Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərilməyə davam etdirilir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev