Tibbi maskalardan istifadə zamanı dəri xəstəliyinin meydana çıxdığı aşkar edilib
04.11.2020 22:50

Koronavirus pandemiyası dövründə hər bir şəxs virusdan qorunmaq üçün tibbi maska taxmağa başladı. Nəticədə üzdə problemlər, xüsusilə sızanaqlar əmələ gəldi. Doğrudur, bu maskalar bizi və ətrafdakıları qorumağa kömək edir, lakin düzgün seçilməyən maskaların gün boyu istifadə edilməsi latınca "maskne" adı verilən yeni növ sızanaqla bağlı dəri xəstəliyinin yaranmasına səbəb oldu.

Aztibb.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, dermatologiya üzrə mütəxəssislər bildirir ki, tibbi maskanın üzə sürtünməsi və qıcıqlanma yaratması, eləcə də dərimizdə olan bakteriyaları maska ilə örtdüyümüz zaman məsamələrin və yağ vəzlərinin kanallarının tıxanması üzümüzdə bu iltihablı sızanaqların yaranmasına səbəb olur. Dermatoloji təcrübələrdə uzun müddət maska taxmağın səbəb olduğu sızanaqlarla yanaşı, onun digər problemlər yaratdığını da müşahidə edirik. Misal üçün; hiperhəssaslıq, dərinin qabıqlanması, qaşınma, ağrı hissi və s.

 

Dəridə bu problemlərin qarşısını almağın iki yolu var:

 

Birinci yol, pambıq və ya yuyula bilən ipək kimi təbii parçalara üstünlük verin. Çünki bu cür parçalar maskanın üzünüzə sürtünməsini azaldacaq və sürtünmədən qaynaqlanan qıcıqlanmanın qarşısını almağa kömək edəcəkdir. Materiallar yüksək fərq yaradır. Bir maska seçərkən üzü tam örtəcək qədər böyük, nəfəs ala biləcəyiniz və dəridə yumşaq qalan və qıcıqlandırmayan parçalar seçin.

 

İkincisi dəri qulluğunuza laqeyd qalmayın. Əgər tibbi maska taxma səbəbindən üzünüzdə iltihablı sızanaq və ya civzə ilə qarşılaşsanız, salisilik turşu olan bir təmizləyici, niasinamid ehtiva edən iltihab əleyhinə vasitə və tərkibində aloe vera olan bir nəmləndirici istifadə edə bilərsiniz. Bu, bir müddət iltihabı azaldır və məsamələrin tıxanmasına qarşı mübarizə və müalicəyə kömək edir.

 

Qeyd olunanlarla birlikdə mütləq həkiminizlə məsləhətləşməlisiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib