Stress və infeksiya əleyhinə güclü vasitə - Kəklikotu
04.11.2020 22:44

Kəklikotunun xoş qoxusu, görünüşü və dadından əlavə, orqanizm üçün inanılmaz faydaları da var. Bu bitki həm də təbii şəfa mənbəyidir.

Aztibb.az xəbər verir ki, hər dərdə dərman hesab olunan kəklikotunun sağlamlığa saymaqla bitməyən müsbət təsirləri var. Bu bitki digərləri ilə müqayisədə, ən yüksək antioksidant səviyyəsinə malikdir. Kəklikotu çayı yaddaşı artırmağa, baş ağrısını və əzələ gərginliyini aradan qaldırmağa, öskürəyi sakitləşdirməyə, qızdırmanı aradan qaldırmağa, soyuqdəymə və infeksiyalarla mübarizə aparmağa kömək edir.

 

Özündə mükəmməl təbii sedativ və bütün sinir sisteminə təsir göstərən bir qarışıq ehtiva edir. Bundan əlavə, kəklikotu - yara, infeksiya, yanıq yarası, virus əleyhinə, antiseptik, göbələk, revmatizm əleyhinə təsir edir. Bu bitkinin çayı həzm sistemi üçün əla təmizləyicidir və bəzi bağırsaq qurdlarını məhv edir. Həmçinin, sidik yollarının sağlamlığı üçün də vacibdir və infeksiyaların qarşısını alaraq insan üçün lazım olan bakteriyaların tarazlığını qoruyur.

 

Kəklikotu çayı, digər bitki çayları arasında xroniki xəstəliklərdən, tənəffüs yolunun  yoluxucu xəstəlikləri, həzmsizlik, əzələ gərginliyi, menstruasiya sancıları, yuxusuzluq, şiddətli mədə ağrıları və qəbizlikdən əziyyət çəkən insanlar üçün faydalıdır. Bunun səbəbi tərkibindəki yüksək C və A vitamini, mis, dəmir, manqan, kalium, fosfor, karvakrol, piridoksin və bir çox güclü antioksidan birləşməsidir. Kəklikotu çayının tərkibindəki aktiv maddələr başgicəllənmə, dağınıq skleroz, hepatit və bir çox xəstəliyin qarşısının alınması və ya yüngülləşdirilməsi və bədənin ümumi oksidləşdirici stresinin azaldılmasına müsbət təsir edir.

 

Kəklikotu çayının düzgün dəmlənmə qaydası:

1 çay qaşığı təzə, quru kəklikotunu iri fincanda üzərinə su alıb, saxlayın. 5 dəqiqə sonra bu suyu otla birgə dəm çaydanına töküb, qaynara düşənə kimi zəif odda saxlayın. Çox qaynatmadan oddan götürüb, ağzı bağlı şəkildə 7 dəqiqə soyudun. Sonra süzüb, elə isti halda için. Acı olsa bal qata bilərsiz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib