İsraildə koronavirusa qarşı yeni vaksin sınaqdan keçirilir
04.11.2020 18:45

İsraildə COVID-19-a qarşı "BriLife" adlandırılmış vaksinin kliniki sınaqlarına başlanılıb. İsrail Bioloji Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış vaksini bu ay təxminən 80 könüllü iki xəstəxanada sınaqdan keçirəcək. Onların yarısı real vaksini, digər hissəsi isə plasebo alacaq.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, sonrakı üç həftə ərzində alimlər könüllülərdə koronavirusa qarşı anticismilərin istehsal edilib-edilmədiyini müşahidə edəcəklər. Sınaqların vaksinin təhlükəsizliyinə dair testləri ehtiva edən ikinci mərhələsi dekabra planlaşdırılıb. Bu mərhələdə 960 könüllü iştirak edəcək. Nəhayət, üçüncü, final mərhələsi (ən yaxın 6 ay ərzində baş tutacaq) çərçivəsində vaksinin effektivliyi 30000-ə qədər insan üzərində yoxlanılacaq.

 

Mütəxəssislər vurğulayırlar ki, koronavirusa qarşı ən etibarlı müdafiə eyni zamanda infeksiyaya yoluxmuş və peyvənd olunmuş insanlarda müşahidə olunacaq.

 

Həkim immunoloq-allerqoloq Vladimir Bolibok şərh edir: "COVID-19-u keçirmiş və anticismlərə malik insanlar üçün bu vaksin təkrar peyvənd kimi xidmət edəcək. Onlar antigen alacaqlar və daha çox müdafiə əldə edəcəklər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib