“COVID-19 ilə əlaqəli böhranı aradan qaldırmaq üçün mövcud iqtisadi modeldən imtina etməliyik” - Akademik  Validə Əlizadə
04.11.2020 13:39

Dərman bitkilərinin istifadəsi bəşəriyyətin tarixi kimi qədimdir. Dünyanın müxtəlif regionlarının yerli əhalisi bitki ehtiyatları, onların istifadəsi, təbii ehtiyatların idarə edilməsi və mühafizəsi haqqında öz biliklərini inkişaf etdirir. Məlum olduğu kimi, çox sayda əhəmiyyətli dərman bitkiləri iqlim dəyişikliyinin və insan fəaliyyətinin təsirinə məruz qalır. Bu isə, öz növbəsində, əsasən dərman və aromatik bitkilərin növlərinin qorunmasına, eləcə də ənənəvi tibb sənayesində onların yayılmasına və istifadəsinə təsir göstərir. Dünyanın müxtəlif yerlərində dərman bitkiləri üzrə davamlı tədqiqatlar və araşdırmalar yerli biliklərin sənədləşdirilməsi və müasir əczaçılıq sənayesinin inkişafı üçün vacibdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə pandemiya dövründə dərman bitkilərinin koronavirus infeksiyasının müalicəsində tətbiqinə dair məqaləsində məlumat verib. Akademik məqalədə elmi məlumatların təhlili əsasında dünyanın aparıcı alimlərinin COVID-19 ilə mübarizədə etnobotanik tədqiqatların rolu və perspektivləri barədə nəzərdən keçirilmiş düşüncələrindən bəhs edib.

 

V.Əlizadə bildirib ki, bu gün COVID-19 pandemiyas XXI əsrdə insanlığa ən böyük təhlükə kimi ortaya çıxıb. Pandemiya artıq yalnız sağlamlıq böhranı deyil, çünki izolyasiya və digər məhdudiyyətlər iqtisadi fəaliyyətə güclü təsir göstərir ki, bu da öz növbəsində, yerli və regional miqyasda maliyyə axınlarını dəyişir. Müəssisələrin bağlanması işsizliyin hər yerdə artmasına səbəb olaraq sosial-iqtisadi problemlərə və dövlət səhiyyə xərclərinin azalmasına gətirib çıxarır. Sağlamlıq və iqtisadiyyatın nəticələrinin uzaq ərazilərdə yaşayan və ümümi apatiyaya məruz qalan yerli əhali üçün daha ciddi olacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə, COVID-19 və onun nəticələri ilə mübarizədə məhz etnobotaniklər əhalinin və yerli hakimiyyət orqanlarının səylərinə əlavə kömək edə bilərlər.

 

COVID-19-dan əvvəl meydana çıxan, 11.000-dən çox insanın ölümünə səbəb olan Ebolanın son görünüşü təxminən 50%-dən yüksək ölüm səviyyəsinə malik idi. Bu virus Filoviridae cinsinin filoviruslarına aiddir və heyvanlardan dəniz donuzlarla, primatlarla, yarasalarla və gənələrlə insanlara yoluxur. Brunei Darussalam Universitetin Asiya Tədqiqatları İnstitutun alimləri bu yaxınlarda Nagalandda (Şimali-Şərqi Hindistanda) geniş yayılmış filovirusların uçucu siçanlardan insanlara yayıldığını qeyd ediblər. İrəli sürülən hipotezlərdən biri Asiyada insanın filovirus infeksiyalarını aşkar edə bilməməsini bu filovirusların insanlarda infeksiya xəstəliyinin asimptomatik keçirməsinə səbəb ola biləcəyi ilə izah edir. Bu fenomenin təbiəti bilinmir.

 

Akademikin sözlərinə görə, tədqiqatçıların fikrincə, bu infeksiya SARS-CoV-2-nin simptomatik hallarında olduğu kimi, tamamilə görünməyən və ya simptomsuz, yüngül qrip ola bilərdi. Belə infeksiyalar əvvəllər məlum olduğu kimi, daha tez-tez baş verərsə, məntiqli olardı ki, yerli əhali yaşayış mühitində simptomları yumşaltmaq üçün istifadə olunan dərman bitkiləri resursları haqqında məlumatlandırılsın. Bu vəziyyətdə müxtəlif yerli əhali üçün qrip və tənəffüs xəstəliklərinin müalicəsində istifadə olunan bitkilər effektiv vasitə ola bilər.

 

Bu sahədə çoxsaylı ədəbiyyatın təhlili göstərir ki, müxtəlif yerlərdə əhalinin qrip və tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunan bitkilər müntəzəm olaraq etnobioloqlar tərəfindən öyrənilir. Etnobiologiyada geniş tanınan anlayış - xəstəliklərin və dərman bitkiləri arasında qarşılıqlı əlaqə və yerli farmakopeyaların meydana çıxan xəstəliklərə reaksiya vermək qabiliyyətidir. Bəzi xalqların ilkin farmakopeyası cəmiyyət üçün endemik xəstəliklərin müalicəsində ixtisaslaşırdı və ya müasir tendensiyalara cavab olaraq inkişaf edirdi. Hazırda onların yerli səhiyyənin tələbatını ödəmək qabiliyyətini gücləndirmək məqsədilə yeni müalicəvi vasitələr istifadə edilir.

 

Bununla yanaşı, Filoviridae kimi coronaviridae viruslarının insan infeksiyalarının uzun bir tarixinə malik olduğunu nəzərə almaq lazımdır. Bu viruslar tənəffüs orqanları, mədə-bağırsaq traktı, qaraciyər və mərkəzi sinir sisteminə təsir edir. Bu əsrin iki əsas infeksion xəstəlikləri koronavirusla əlaqədardır: ağır kəskin yoluxmalar 2002-ci ildə Çində aşkar edilən Ağır Kəskin Tənəffüs Sindromu (SARS) və 2012-ci ildə Səudiyyə Ərəbistanda Yaxın Şərq Tənəffüs Sindromu (MERS). SARS-CoV-2-də təbii təkamül nəticəsində yarasanlardan insanlara ötürüldüyünə inanılır. Lakin, Coronaviridae məxsus virusların patogenliyi adətən daha aşağı hesab olunur. Hipotetik olaraq, Coronoviridae daşıyıcılarının geniş yayıldığı rayonlarda yaşayan yerli əhali həm müalicəvi, həm də profilaktik məqsədlər üçün bitki əsaslı vasitələr hazırlaya bilər.

 

Dünyanın yüksəkreytinqli “Nature Plants, 2020” jurnalında da qeyd olunur ki, ümumiyyətlə, xəstəliklərin müalicəsi haqqında ənənəvi biliklərin, həmçinin tamamilə müxtəlif göstəricilərə görə istifadə olunan bitki törəmələrinin СOVID-19-un müalicəsi üçün istifadəsi çox problemlidir. Həmçinin COVID-19-un müalicəsində tətbiq olunan xloroxin fosfat və onların analoqları kimi sintetik birləşmələrin bitki metabolitlərin struktur törəmələrinin effektivliyi sübut edilməmişdir. Bununla yanaşı, koronavirus infeksiyalarına qarşı təsirli olduğu bilinən ənənəvi dərman vasitələri bir-birinə əlavə olaraq istifadə edilə bilər. Məlumdur ki, COVID-19 xəstələrinin əhəmiyyətli bir hissəsi sitokin fırtınası sindromuna malikdir və tədqiqatçılar bu vəziyyəti müalicə etmək üçün "sübut edilmiş təhlükəsizlik profilləri ilə mövcud təsdiqlənmiş müalicə üsulları"nın birgə tətbiqini təklif edirlər.

 

“Lakin inkar etmək olmaz ki, güclü immun sistemi koronavirus kimi viral xəstəliklərin idarə edilməsi və qorunmasında əhəmiyyətli amildir. Son məlumatlara görə, ənənəvi qida kimi istifadə olunan müxtəlif növlərin immun sisteminin gücləndirməsi və beləliklə COVID-19 təzahürünün qarşısının alınmasına kömək edə bilər. Belə ki, hələ 2015-ci ildə kurkumin, sarıkökün (Curcuma longa L.) sitokinlərin sərbəst buraxılmasının qarşısını almaq qabiliyyəti üçün tanınan əsas curcuminoidi nümunə kimi göstərilir. Bu cinsin bitkiləri Cənubi və Cənub-Şərqi Asiyanın bir çox ənənəvi resepturalarında əhəmiyyətli tərkib hissəsini formalaşdırır”, - deyə institut direktoru vurğulayıb.

 

Bundan əlavə, şübhəsiz ki, ölkədən-ölkəyə virus yayılması həyat şəraitinə, pəhriz, təhsil və demoqrafiyaya təsir göstərir. Eyni zamanda, qida və ya müalicə vasitəsi kimi istifadə üçün bitkinin konkret növ seçimini müəyyənləşdirən bir çox amillər: bolluq, mövcudluğu, müəyyən dadı və ya qoxu kimi mədəni üstünlükləri, məhsulların emalı və texnologiyası və çox vacib, lakin hələ də az tədqiq olan genetika və istehlakçıların xüsusiyyətləri, məsələn, detoksifikasiya fermentlərin mövcudluğu nəzərə alınmalıdır. Nəticədə, bu amillərlə bağlı statistika bizə COVID-19 və digər viruslarla necə mübarizə aparmağı daha yaxşı anlamağa kömək edəcəkdir.

 

O, bildirib ki, dünyanın hələ də sübutlara ehtiyacı var. Buna əsaslanaraq, etnobioloqlar COVID-19 müalicəsinin mövcud protokollarına əlavə olaraq bu iddianın reallığını araşdırmalıdırlar. Lakin, hər kəs, o cümlədən etnobioloqlar da nəzərə almalıdır ki, COVID-19 pandemiyası çox güman ki, dünyada yeni intizamın formalaşmasına dərin təsir göstərəcək. Bu nədən ibarət ola bilər?

 

Aparıcı mütəxəssislərin qiymətləndirmələrinə görə, biomədəni müxtəliflik sahəsində mühüm nəzəriyyə dini və dil müxtəlifliyinin patogen-induksiya təkamülünü proqnozlaşdıran "Parazitar stress nəzəriyyəsi"dir. COVID-19 kimi xəstəliklərin insan mədəniyyətinə təsiri əl sıxma, qucaqlaşma, evdən kənarda yemək və s. kimi aşkar mədəni təcrübələrin aradan qaldırılmasından daha dərindir. Etnobioloqlar tərəfindən müntəzəm olaraq mədəniyyət və ekologiya arasında əlaqələri, həmçinin COVID-19-un mümkün təsirini yerli sakinlər və mədəni əhəmiyyətli növlər arasında (ovalinan yarasalar kimi növlər də daxil olmaqla) əlaqələri öyrənmək çox vacibdir.

 

Bu nəzəriyyə də etnosentrizm və ksenofobiyanın artmasını və cəmiyyətin parçalanmasını proqnozlaşdırır. Tədqiqatçılar daim insanların müxtəlif qrupları ilə iş apardıqları üçün yaranan çağırışlara cavab olaraq etnobioloqların vəzifələrindən biri ksenofobiya əlamətlərinin aşkarlaması və ona qarşı mübarizənin təşkilidir. Bu isə yerli əhaliyə və hakimiyyət orqanlarına vəziyyətin öhdəsindən gəlməyə, bioloji və mədəni müxtəlifliyin azalması problemini həll etməyə kömək edir. Etnobioloqların digər vəzifəsi - zoonoz viruslar ilə qarşılıqlı uzun bir tarixə malik yerli əhali ilə tibbi və profilaktik məqsədlərdə istifadə olunan bitkilərin sənədləşdirilməsi üçün əməkdaşlıqdan ibarətdir.

 

Lakin dünya tədqiqatçıları ənənəvi bitki mühafizə vasitələrinə “romantik” yanaşmamaq barədə xəbərdarlıq edirlər: pandemiyaya qarşı effektiv peyvəndlərin axtarışı cari səylərin qiymətləndirilməsində xüsusi ehtiyatlı olmağı tələb edir.

 

Çox yaxın gələcəkdə hazırki pandemiyanın yaratdığı fəsadlarının yumşaldılması üçün qəbul edilən tədbirlərin öz-özlüyündə gələcəkdə epidemiya sıçrayışının və böhranının yaranması riskini artırmadığından əmin olmalıyıq.  İqtisadiyyatın bərpasına və stimullaşdırılmasına yönələn çoxmilyardlı plan üç mühüm faktora əsaslanmalıdır:

 

  • İlk növbədə, biz ətraf mühitin mühafizəsi sahəsində normativ bazanı möhkəmləndirməli, ona əməl etməli və daha çox rasional və ətraf mühitə yönələn yanaşmaların icrasına töhfə verən həvəsləndirici tədbirlər görməliyik;
  • İkincisi qərar qəbul etmənin bütün səviyyələrində (qlobal səviyyədən yerli səviyyəyə qədər) insan, heyvan və bitkilərin sağlamlığı ilə ümumi ətraf mühitimiz arasında mürəkkəb qarşılıqlı əlaqəni qəbul edərək “Vahid Sağlamlıq” yanaşmasını tətbiq etmək vacibdir. Bu cür yanaşma həm insanlar, həm də təbiət üçün uzun-müddətli perspektivdə hazırlanan tədbirlərin fəsadlarını nəzərə alan daha effektiv qərarların qəbul edilməsini təmin edəcəkdir.
  • Üçüncüsü, sağlamlıq sistemlərini maliyyə və digər mənbələrlə lazımi qaydada təmin etməliyik, eyni zamanda pandemiyanın yaranması riski qarşısında ən həssas olanların davranışlarında dəyişiklik etməyi stimullaşdırmalıyıq. Bundan əlavə, bu cür tədbirlərə əhalinin ən həssas qruplarının sağlamlığının qorunmasını təmin etməyə yönəlmiş həllərin hazırlanması da daxildir.

 

Sonda alim qeyd edib ki, transformativ dəyişikliklər olunması zəruridir. Bura texnoloji, iqtisadi və sosial amillər, o cümlədən məqsəd və dəyərlər nəzərə alınmaqla, bütün sektorlarda sosial və ekoloji məsuliyyəti təmin etməyə kömək edəcək fundamental, sistem miqyaslı yenidənqurma daxildir. COVID-19 ilə əlaqəli böhranı aradan qaldırmaq üçün mövcud iqtisadi modeldən imtina etməliyik. Bunun üçün təbiəti qorumağa yönəlmiş siyasət və tədbirlər üzrə təlimlər keçirilməlidir ki, təbiət bizə özümüzü qorumağa kömək etsin.

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub