Rasionunuza balqabaq əlavə etməyin 7 faydalı səbəbi
04.11.2020 12:18

Balqabaq sellüloz, vitamin və minerallarla, həmçinin sağlamlığın möhkəmlənməsinə kömək edən güclü antioksidləşdiricilərlə zəngindir.

 

Aztibb.az “MedikForum” saytına istinadən balqabağın sağlamlıq üçün faydalı olan 7 üstün cəhətlərindən bəhs edir.

 

S vitamini ilə zəngin olan balqabağın həm toxumları, həm də ləti immun sistemini möhkəmləndirir. Bu mikroelement immun sisteminin sağlamlığı üçün çox vacibdir. Mütəxəssislərin fikrincə, balqabaqdakı yüksək dərəcəli faydalı keyfiyyətlər müxtəlif xroniki xəstəliklərin riskini azaldır. Həmçinin orqanizmdə kollagenin həcmini artıran S vitamini dərinin sağlamlığını yaxşılaşdırır. 

 

Balqabaq, qanı sağlamlığa səbəb ola biləcək zərərli maddələrin təsirindən qoruyaraq qaraciyərin təmizlənməsinə kömək edir. Onun tərkibindəki karotinoid adlanan zəngin bitki birləşmələri qaraciyərin təmizliyini və sağlamlığını qoruyur.

 

A vitamininə çevrilən beta-karotinlərin, antioksidantların əla mənbəyi sayılan balqabaq görmə qabiliyyətini tənzimləyir. Qeyd edək ki, A vitamini gözün aydın görməsi və sağlamlığı üçün çox vacibdir.

 

Balqabaq, həmçinin çəkinin azalmasına imkan yaradır. Tərkibindəki sellüloz maddələr nəcisin həcmini artıraraq qəbizliyin qarşısını alır. Onu da qeyd edək ki, balqabağın tərkibində sellüloz maddələrin yüksək dərəcədə olması səbəbindən balqabaq yeyəndən sonra uzun müddət aclıq hiss olunmur.

 

Kalium və yüksək qan təzyiqinin qarşısını ala bilən natrium maddələri ilə zəngin olan balqabaq ürəyin sağlam qalması üçün də çox faydalıdır. Məlumdur ki, yüksək qan təzyiqi ürək xəstəliyi riskini artırır.

 

Karbohidratların balqabağı doyumlu etmələrinə baxmayaraq, o qanda şəkərin səviyyəsini aşağı salır. Balqabaq şəkərli diabet xəstələrində insulin resistentliyini yaxşılaşdırır və xəstəliyin inkişafını ləngidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib