Piylənməyə qarşı universal dərmanın sınaqları keçirilib
04.11.2020 10:36

Piylənməyə qarşı eksperimental vasitə - maddələr mübadiləsini sürətləndirmək və beləliklə, çəkini azaltmaq üçün bir inyeksiyası kifayət edən anticisim müəyyən olunub. İnsanın bədənində fibroblastların artması faktorları fəaliyyət göstərir. Bu, hüceyə və toxumaların geniş spektrinin diferensiallaşması proseslərində əsas rol oynayan çoxfunksiyalı zülallardır. Xüsusi halda, onlara piy toxumaları və mədəaltı vəzinin hüceyrələrində istehsal edilən birləşmə olan FGF21 aiddir.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, bu birləşmə maddələr mübadiləsi, enerji sərfiyyatı və qida davranışını nizama salır. Daha əvvəl müəyyən edilmişdi ki, FGF21-in tətbiqi maddələr mübadiləsini sürətləndirir. Ancaq dozalanma düzgün müəyyən edilmədiyindən bədəndən bu birləşmənin sürətli çıxarılması üçün tez-tez inyeksiyalar edilməsi tələb olunurdu.

 

Mütəxəssislər onu uzun müddətli hərəkət anticismi BFKB8488A ilə əvəzləməyi təklif ediblər. Makakalar və insanlar üzəində aparılmış sınaqlar sübut edib ki, BFKB8488A reseptoru aktivləşdirərək FGF21-in effektini təqlid edir.

 

Anticisim sınaqlarına artıq çəki və ya piylənmə problemi olan 60 insan cəlb olunub. Məlum olub ki, BFKB8488A-nın bir dəfə daxil edilməsi metabolizmi yaxşılaşdırır və müsbət nəticə 60 günə qədər qalır. Nəticədə anticisim qəbul etmiş insanların əsas qrupunda çəki 1,20 kiloqram, plasebo-qrupunda isə 0,28 kiloqram azalıb.

 

Həmçinin əsas qrupda inyeksiyadan bir həftə sonra kardiometabolik xarakteristikaların yaxşılaşması müşahidə olunub. Göstəricilərin maksimal azalması 15-22-ci günlərdə əldə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib