İnsultun müalicə üsullarına dair VEBİNAR keçirilib
03.11.2020 22:11

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) “İnsult menecmenti üzrə təlim. Modul 6” mövzusunda iki gün davam edən insult kursu keçirilib.

 

Aztibb.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, ölkəmizdə müasir insult mərkəzlərinin yaradılması məqsədilə təşkil olunan vebinarda RMDM-nin İntervensional radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memiş çıxış edib.

 

Vebinarda, həmçinin Kazan Dövlət Tibb Universitetinin Nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının müdiri, professor Eduard Yaqubov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Əskişəhər Osmanqazi Universiteti İnsult Mərkəzinin uzmanı Zaur Mehdiyev və başqaları çıxış ediblər.

 

Onlayn tədbir zamanı kəskin insultun ən müasir müalicə üsulu hesab edilən və beynin bərpasını ən tez zamanda həyata keçirən endovaskulyar trombektomiya mövzusunda müzakirələr aparılıb, radioloqlar öz təcrübələrini nevropatoloqlarla bölüşüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib