Koronavirus xəstələrinin psixikasında pozuntular yaranır - Psixoterapevtdən iddia
03.11.2020 21:57
“Koronavirusa yoluxub sağalmış insanların psixikasında yaranan fəsadlar, baş verən dəyişikliklər müharibədən çıxmış əsgərlərin psixoloji problemləri ilə eyni səviyyədədir”
 
Aztibb.az lenta.ru-ya istinadla xəbər verir ki, bunu Bexterev adına Psixiatriya və Nevrologiya Mərkəzinin rəhbəri Tatyana Karavayeva bildirib.
 
Bu xəstələrdə beyin, şüur, psixikada ciddi yayınmalar baş verir, vaxtında aşkarlanıb müalicə olunmazsa intihar həddinə kimi çata bilər.
 
Xəstəlikdən sonrakı posttravmatik sindrom çox təhlükəlidir. Ciddi həyati təhlükə keçirmiş hər bir şəxsdə bu pozulma yarana bilər. Amma əvvəl bunu müharibə qurbanlarına aid edirdiksə, indi koronavirus pandemiyası dövrü insanlarına şamil etmək olar.
 
“COVID-19 virusuna yoluxması diaqnozunu öyrənən insan, bununla mübarizə aparan, müalicə alan, xəstəxanada yatan və ordakı vəziyyəti görən insan xərçəng diaqnozunu alan xəstə kimidir. Stress dozası eyni miqdardadır.
 
Onkoloji xəstəyə yenə ümidlə 5-6 ay yaşayacaqsan deyirlər, koronavirusda isə ölüm günlər içində baş verə bilər. Burda müddət də azdır. Xəstələr ölməsələr belə sağalana kimi ölüm qorxusu ilə yaşayırlar.
 
Ona görə də xəstələr diaqnoz qoyulandan sonra və müalicə bitdikdən sonra psixoterapevtik müalicə seansları almalı, psixoloq dəstəyi görməli, bu travma ilə baş-başa qalmamalı, dərinləşdirməməlidirlər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib