Alimlər homeopatik dərmanların təsirsiz olduğunu sübut ediblər
03.11.2020 20:32

İsveçrə və İngiltərə alimlərinin məşhur tibbi jurnal olan "The Lanset"də çap etdirdikləi məqalədə homeopatik dərmanların faydasız olduğunu və onların heç bir təsir mexanizmlərinə malik olmadığını bildiriblər.

 

Aztibb.az-ın məlumatına görə, 2002-ci il Amerikada Ceyms Rendi Fondu homeopatik dərmanların insanları sağaltmasına dair sübutlar gətirən adama 1 milyon dollar mükafat verəcəyini vəd edib. Hələ ki, bu mükafatı qazanan olmayıb.

 

Bern və Surix universitetlərinin professorları və Britaniyanın Bristol Universitetinin alimləri birgə 110 laborator testlə müşahidələr apararaq heç bir homeopatik dərmanın faydası haqqında nəticə əldə etməyiblər.

 

Alimlər homeopatik dərmanlarla müalicə üsulunun saxlanılmasını və həkimləri xəstələrlə vicdanlı olmağa səsləyirlər.

 

Professor Eqqer homeopatik dərman qəbul edən adamın vəziyyəninin yaxşılaşmasını psixoloji təsirlə əlaqələndirir. Belə ki, xəstə dərmanı qəbul edən zaman sağalacağına inanır və onun vəziyyəti nisbətən yüngülləşir.

 

Ola bilər ki, homeopatiyanın terapiyası ilə məşğul olan həkimlər və bəzi xəstələr yuxarıda adları çəkilən alimlərin fikirləri ilə razılaşmasınlar. Bu işin ekspertləri uzun müddət bu cür müalicə metodu ilə işləyən həkimlərin birdən-birə dayanmalarının mümkün olmadıqlarını söyləyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib