Bərdədə əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatına başlanılıb
15.03.2024 19:06

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” –Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatına da başlanılıb.

 

Bu məlumat Aztibb.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilib.

 

Bildirilib ki, Agentlik tərəfindən həmin məntəqədə bölgənin 20-dək əlilliyi olan sakininə reabilitasiya vasitələri təqdim edilib.

 

Həmin vasitələrin sırasına açıq və qapalı məkanda istifadə üçün mexaniki təkərli oturacaq, dirsəkaltı və qoltuqaltı ağac, əsa, reabilitasiya vasitələri üçün rezin ucluq və s. daxildir.

 

Bundan sonra “RehaPoint”-da əlilliyi olan şəxslərin daimi olaraq reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

 

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Reabilitasiya Məntəqəsi ötən ilin dekabrında fəaliyyətə başlayıb. Burada bölgənin əlilliyi olan sakinlərinə ambulator formada reabilitasiya xidmətləri (müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri) göstərilir. 

 

Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir. Ötən dövrdə məntəqədə 250-dək şəxsə reabilitasiya xdmətləri göstərilib. 

 

“RehaPoint” - Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.
 

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev