Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb  
14.03.2024 09:59
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların əməkdaşlarına, eləcə də məskunlaşan əhaliyə təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görülür.
 
Ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili işləri də sürətlə həyata keçirilir.
 
Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.
 
Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması işləri uğurla davam etdirilir.
 
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdində Zabux kənd həkim məntəqəsi yaradılıb.
 
800 nəfər sakini olan Zabux kəndinin həkim məntəqəsində ilkin tibbi xidmətlərin təşkil olunması nəzərdə tutulur.
 
Tibb müəssisəsində 1 həkim (məntəqə müdiri), 3 orta tibb işçisi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, məntəqə binası təmirdən sonra istifadəyə verilib və 4 otaqdan ibarətdir. Tibb məntəqəsi zəruri avadanlıq, tibbi sərf və dərmanlarla təchiz olunub.
 
Məlumat üçün bildirək ki, hazırda Şuşa və Laçında modul tipli xəstəxanalar, Zəngilan rayonunun Ağalı kəndi, Hadrut qəsəbəsi və Cəbrayıl şəhərində ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev