"Mübarizədən qalib çıxmaq üçün vətəndaş məsuliyyətimizi dərk etməliyik" - Mərkəzi Gömrük Hospitalı
03.11.2020 15:43
"2020-ci il bütün dünya üçün mübarizə ili oldu. Amma Azərbaycan üçün bu il həm də tarixi qələbənin başlandığı, zəfər tariximizin yazıldığı ildir. Bu günlərdə Azərbaycan iki düşmənlə ön cəbhədə vuruşur". 
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalı məlumat paylaşıb.
 
Məlumatda qeyd edilib ki, virusa yoluxanların sayındakı artım məsuliyyəti dərk etməli olduğumuzu xatırladır:
 
"Öz şücaəti ilə qəhrəmanlıq tarixi yazan Azərbaycan Ordusu ön cəbdədə torpaqları işğaldan azad edərək, mənfur düşmən üzərində qələbə çalır, zəfər xəbərləri ilə xalqımızı sevindirir. Eyni zamanda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarizə istiqamətində gərgin əmək sərf olunur.
 
Son günlərdə bütün dünyanın bəlasına çevrilmiş bu “taclı” virusa yoluxanların sayındakı artım artıq hər birimizə bir daha vətəndaş məsuliyyətimizi dərk etməli olduğumuzu xatırladır. Cəbhədən gələn zəfər xəbərləri virusla mübarizədə ayıq-sayıq olmalı olduğumuzu unutdurmamalı, əksinə əsgərlərimizə dəstək olmaq üçün sosial məsafəni gözləməyi, tibbi maskalardan düzgün istifadə etməyi, maskanı taxmazdan öncə və çıxardıqdan sonra əllərimizi axar su altında yumağı və ya dezinfeksiya etməyi xatırlatmalıdır.
 
Bu adi tələbləri gündəlik davranışlara çevirərək biz əsgərlərimizlə yanaşı hərb meydanında əsgərlərimizə dəstək olan həkimlərimizə də kömək edə bilərik. Virusa yoluxmuş xəstə sayının artması həkimlərin onsuz da gərgin olan iş yükünün daha da artması deməkdir. Axı bu günlərdə həkimlər cəbhədə yaralanan igidlərimizə daha çox kömək etməli olurlar. Bu mübarizədə hər birimiz məsuliyyətimizi dərk etməli, birlik nümayiş etdirməli və cəbhədə olduğu kimi koronavirusla mübarizədə də qalib olmağı qarşımıza hədəf qoymalıyıq.
 
Beləliklə, hər iki cəbhədə qalib olaraq zəfər xəbərlərinin sevincini layiqi ilə yaşayarıq. Koronavirusla mübarizədən qalib çıxmaq üçün fərdi vətəndaş məsuliyyətimizi dərk edərək bütün tələblərə riayət etməyi unutmayaq! Biz birlikdə güclüyük! Biz hər iki cəbhədə qalib olacağıq! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!", - məlumatda qeyd edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub