Bu ölkə maska taxmaqla bağlı qaydaları sərtləşdirir
03.11.2020 13:51

Macarıstanda bu gündən başlayaraq tibbi maskalar taxılmasına dair yeni qaydalar qüvvəyə minir.

 

Belə ki, ölkə hökuməti restoranlarda və əyləncə mərkəzlərində maska taxılmasına dair tələbləri genişləndirib. Bundan sonra ictimai iaşə müəssisələrində də maska taxılması mütləq sayılacaq, maska yalnız qida və içki qəbulu zamanı çıxarıla bilər.

 

Hazırda maska taxılması hələ ki, yalnız mağazalarda, ictimai nəqliyyatda, kinoteatrlarda, teatrlarda, ticarət mərkəzlərində, tibb və sosial müəssisələrində, idman tədbirlərində və dövlət tədbirlərində vacib hesab edilir.

 

Bundan sonra 6 yaşadək uşaqlardan başqa hər kəsin maska taxması mütləqdir. Maska daim üzü və burunu örtməlidir.

 

Polis orqanları karantin qaydalarına riayət olunmanın pozulmasına görə 20-400 avro məbləğində cərimə tətbiq edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub