Payız aylarında hansı göz xəstəliklərinə rast gəlinir? - Oftalmoloq açıqladı
03.11.2020 10:19

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Payız aylarında hansı göz xəstəliklərinə rast gəlinir?” sualını cavablandırıb.

 

Payız və qış aylarında havaların soyuması, immunitetin zəifləməsi ilə əlaqədar virus və infeksion blefarit, konyunktivit, keratit xəstəliklərinə daha tez-tez rast gəlinir. İmmunitet hər hansı bir səbəbdən zəiflədikdə gözün selikli qişasında olan bakteriyalar iltihab törədə bilərlər. Məhz buna görə qrip virusuna yoluxmuş xəstə orqanizmdə konyunktivitə rast gəlinir. Bəzən konyunktivit,yaranması immun sistemin zəifləməsinin ilk siqnalı və ya digər xəstəliklərin başlanğıc əlaməti kimi də təzahür edir.

 

Konyunktivit xəstəliyi istənilən yaş qrupunda müşahidə olunur. İstər körpə uşaq, istər cavan, istərsə də yaşlı orqanizmlərdə bu xəstəlik adətən eyni əlamətlərlə keçir. Gözlərdə qızartı,qaşıntı,ödem, gözlərdə qum hissi, sulanma, yaşaxma, səhərlər qapaqların ifrazatla yapışması, ağrı, bəzən hətta görmədə zəifləmə kimi şikayətlərlə büruzə verir. Qapaqların iltihabı ilə keçən hallarda blefarokonyunktivit,buynuz qişa iltihabilə keçən hallarda isə keratokonyunktivit adlandırılan patologiya daha da kəskin keçir.

 

Törədicisindən asılı olaraq 3-7gün ərzində iltihab proses başlayır. Belə hallarda iltihab törədən hüceyrələri bir növ “yumaq" üçün reflektor olaraq göz yaşı ifrazı artır və gözlər xəstəlik zamanı sulanır.Gözlərə yardım məqsədilə tez-tez istifadə etmək şərtilə süni göz yaşı damcıları təyin olunur. İltihab prosesi kəskinləşdikdə, qızartı, ödem, gözdə “qum hissi", ifrazat,yuxudan sonra qapaqların yapışması kimi əlamətlər yarandıqda isə müalicəyə antibakterial, virus əleyhinə, qeyri-steroid iltihab əleyhinə preparatlar əlavə olunur. Bəzi hallarda sistematik müalicə təyini tələb olunur.

 

Konyunktivitlər görmənin kəskin zəifləməsinə səbəb olan buynuz qişa zədələnməsi- keratitlərlə, qulaq ətrafı limfa düyünlərinin şişməsi-adenopatiya, konyunktiva “çapıqlarıyla", qapaq defektləri ilə və s. ağırlaşa bilərlər. Düzgün müalicə, şəxsi gigiyena və izolyasiya qaydalarına riayət olunduqda xəstəlikdən qısa vaxtda sağalmaq olar. Xəstəliyə heç yoluxmamaq üçün isə immun sistemi qorumaq, düzgün qidalanmaq və yenə də şəxsi gigiyena qaydalarına riayət etmək kifayətdir. Bu xəstəliklərin əlamətlərini hiss etdikdə dərhal oftalmoloqa müraciət etmək lazımdır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib