Dietoloqlardan mühüm TÖVSİYƏ - Bu qidaları səhər yeyin
02.11.2020 17:00

Amerikalı dietoloq Maya Feller və həkim Samanta Elkrif səhər yeməyində yeyilməsi mütləq olan müəyyən qidaları açıqlayıblar.


Aztibb.az xəbər verir ki, bu barədə "Huffington Post" xəbər portalında məlumat paylaşılıb.

 

Dietoloq Feller qeyd edib ki, avokado sağlam səhər yeməyi olaraq ən yaxşı maddələrdən biridir:

 

"Avokadodan sendviç hazırlaya bilərsiz. Çörəyin üzərinə yağ çəkin, avokadonu qoyub, zirə toxumu, qara bibər və duz səpərək yeyin. Və ya avokadonun yarısını yumurta ilə bişirə bilərsiniz. 

 

Daha bir dəyərli məhsul isə yumurtadır. Yumurta kolin və sink baxımından zəngindir. Həmçinin 2 yumurtada olan 12 qram protein qanda şəkər səviyyəsini sabitləşdirməyə kömək edir. 

 

Süzülmüş qatıq da istifadə edə bilərsiniz. Bağırsaq və beyin arasında tam araşdırılmamış bir əlaqə var. Buna görə də bağırsaq mikroflorası üçün faydalı olan qidalar həm həzm sistemini, həm də beyin sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər."

 

Həkim Samanta Elkrif qızıl balıq və ya başqa bir yağlı balıq yeməyi tövsiyə edir:

 

"Balıqlarda Anksiyete simptomlarını azaltmağa kömək edə biləcək omeqa-3 doymamış yağ turşuları var. Bundan əlavə, qızıl balıq iltihab əleyhinə xüsusiyyətlərə malikdir və yaxşı bir protein mənbəyidir.

 

C vitamini ilə zəngin giləmeyvə və yulaf yarması da faydalıdır. Sıyıq gününüzə yalnız kalsium, dəmir, maqnezium, kalium və B5 kimi təsirli bir mikroelement dozası ilə başlamağa imkan verməyəcək, həmçinin uzun müddət aclığı doydurmağa və gün ərzində qan şəkərinin səviyyəsini qorumağa kömək edəcək", - deyə həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib