XƏBƏRDARLIQ: Bu qədər yatmaq piylənməyə səbəb olur və ömrü qısaldır - Saat müəyyən edildi  
02.11.2020 16:38

Gecə 9-10 saat yatmaq piylənməyə səbəb olur və erkən ölüm riskini artırır.

 

Aztibb.az Medikforum.ru-ya istinadən xəbər verir ki, hər gecə 9-10 saat yatmaq, həyatı qısaldan, təhlükəli xəstəliklərin və sağlamlıq problemlərinin inkişafına səbəb olan obezliyin bir faktoru ola bilər.

 

Tədqiqatçılar, bu qədər yatan insanların gündə 7-8 saat yatanlara nisbətən kilolu və obez olma ehtimalının 21% daha yüksək olduğunu müəyyən edib və piylənmənin erkən ölüm riskini artırdığını qeyd ediblər.

 

“Artıq piy toxuması 2-ci tip diabet, döş və bağırsaq xərçəngi və insult kimi həyati təhlükəli patologiyaların inkişafına səbəb olan iltihablı proseslərin inkişafına kömək edir. Bu pozuntular insan ömrünü 3-10 il qısalda bilər”, - deyə, məlumatda bildirilib.

 

Başqa bir araşdırma nəticəsində isə məlum olub ki, hər gün 9 saatdan çox yatmaq qadınlarda ürək xəstəliklərinin meydana gəlməsinə səbəb olur.

 

"Gündə 9-11 saat yatmaq ürək-damar xəstəliyi ehtimalını 38% artırır. Bu xəstəlik aterosklerozun - qan damarlarının boşluqlarında xolesterol yığılması və divarlarının kalsifikasiyası (sərtliyi) ilə əlaqəli damar patologiyası fonunda inkişaf edir. Koroner arter xəstəliyi dünya miqyasında ölümün əsas səbəblərindən biridir", - deyə, qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib