Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ilk dəfə bud-çanaq oynağının endoprotez əməliyyatı icra olunub
20.02.2024 17:49

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ilk dəfə bud-çanaq oynağının endoprotez əməliyyatı icra olunub

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin nəzdində olan Abbas Səhhət adına xəstəxanaya müraciət edən 92 yaşlı (kişi cinsli) pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının bipolyar artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində uğurla icra olunub.

 

Yıxılma səbəbilə xəstəxanaya müraciət edən və sağ bud sümüyünün yerini dəyişmiş qəlpəli sınığı diaqnozu qoyulan pasiyentin əməliyyatı uğurla başa çatıb.

 

Tibb müəssisəsinin həkim-travmatoloqu Rahib İsgəndərzadə və həkim-reanimatoloq-anestezioloq Tural Rzazadə tərəfindən həyata keçirilən əməliyyat növü xəstəxanada ilk dəfə icra olunub.

 

Əməliyyatdan sonra pasiyentə hər bir zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev