Həkimlər COVID-19 zamanı iki həftəlik karantinin adekvatlığına şübhə edirlər - Araşdırma
02.11.2020 11:29

Müqəddəs Ürək Katolik Universiteti güman edir ki, COVID-19-un aktiv mərhələsindən sonra bir çox insanlarda boğazda ağrı və zökəm kimi bəzi simptomlar davam edir, bu şəxslərin yoluxuculuğu qalır.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, ekspertlər 131 pasiyent üzərində müşahidələrə əsasən bu qənaətə gəliblər. İştirakçıların hər biri iki həftəlik özünü təcridetməni dayandıra və həkim qəbuluna gələ bilirdi.

 

Başqa sözlə, bütün pasiyentlərdə minimum üç gün boyunca yüksək temperatura rast gəlinməyib və ümumi simptomatik mənzərənin yaxşılaşması müşahidə olunub. Ümumilikdə simptomların meydana çıxmasından minimum bir həftə keçməli idi, pasiyentlərdən isə koronavirus testinin iki neqativ nəticəsi tələb olunurdu.

 

Bütün bu tələblərə riayət etmələrinə baxmayaraq 22 pasiyentdə PSR-test virusun mövcudluğunu yenidən göstərib.

 

Pasiyentlərin çox hissəsi son testin nəticələrindən asılı olmayaraq gücün itirilməsi, təngnəfəslik, öskürəklə qarşılaşıblar.

 

Lakin pozitiv testin sahiblərində daha çox iki simptoma rast gəlinib - boğazda (18% 4%-ə qarşı) ağrı və zökəm (27% 2%-ə qarşı).

 

Mütəxəssislərin fikrincə, karantinin müddətini yenidən gözdən keçirmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib