Doğuşdan sonra baş verən ŞİXAN SİNDROMUnun yaranma səbəbləri və müalicə metodları
02.11.2020 10:12

Şixan sindromu hipotalamus və hipofizin çatışmazlığı nəticəsində baş verir. Patologiya doğuş zamanı çoxlu qanitirmə zamanı kollaps baş verdikdə meydana gəlir.

 

Aztibb.az xəbər verir ki, Şixan sindromu doğuşdan sonra hipofizdə meydana gələn infarkt kimi qiymətləndirilir. Ağır doğuşlarda arterial təzyiqin yüksəlməsi və çoxlu qanitirmə doğuşun orqanizmdə müxtəlif patologiyalar əmələ gətirməsinə səbəb olur.

 

Qadın hamilə olduqda onun hipofizi öz normasından böyük olur, amma bu vəzin qanla təmin edilməsi əvvəlki kimi qalır. Doğuşdan sonra yuxarıda sadalanan patologiyalar baş verdikdə isə hipofizə qanın nəql edilməsi zəifləyir. Bu zaman hipofizdə hipoksiya baş verir ki, bu da həmin hissənin infarktına səbəb olur.

 

Bəzən hətta infarktdan sonra hipofizin nekrozu da inkişaf edir. Bu zaman adenohipof və laktotropin hüceyrələri zədələnir.

 

Xəstəlik öz əlamətlərinin qısa bir zamanda büruzə verir. Xəstələrdə zəiflik, süd vəzilərinin fəaliyyətinin dayanması və kiçilməsi, arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. Sonralar saçların tökülməsi, çəkinin itirilməsi və narahatçılıq hissi meydana çıxır. Qadın vaxtında müayinə edilib diaqnoz qoyulmasa və müalicə aparılmasa xəstəliyin gedişi ağırlaşır, qadınlarda yenidən ovulyasiya və hamiləlik baş vermir. Çünki hipofiz bu patologiyanı öz-özünə bərpa edə bilmir və mütləq vaxtında müalicə tələb edir.


Şixan sindromunun diaqnozunun qoyulmasında hipofiz və hipotalamusun hormonlarının qanda miqdarının yoxlanılmasının nəticələri əsas götürülür.


Müalicə infantilizmin müalicəsi ilə birlikdə hormonal terapiyadan ibarətdir. Xəstəyə 2-3 ay ərzində sintetik progesteron müalicəsi və qonadotropin təyin edilir. Müalicə qənaətbəxş olduqda qonadotropinin miqdarı tədricən azaldılır. Bu müalicə hipofizin funksiyasını müvəqqəti blok edir və sonradan onun aktivləşməsini təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib